İsa Məsih insanın yeganə əsl təməli olan həmin o Qayanın yalnız Onun Özünün olduğunu bəyan edərək Dağüstü vəzini bitirdi. Əgər insanın həyatı bu qayanın, İsa Məsihin üzərində tikilibsə, o, bütün həyat fırtınalarına tab gətirə bilər. Amma əgər insanın və ya xalqın həyatı qum, insan üzərində tikilibsə, onda mütləq yıxılacaq (Matta 7:24-27).
Napoleon bunun həqiqiliyini dərk etdi və gördü ki: “Sabit prinsipləri olan bir təlim orqanı olmayana qədər sabit dövlət siyasəti olmayacaq. Uşaqlıqdan heç kimə respublikaçı və ya monarxist, katolik və ya din tərəfdarı olmaq lazım gəldiyi öyrədilməsə, dövlət heç vaxt millət qurmayacaq. O, etibarsız və qeyri-sabit bir təməl üzərində dayanacaq. O, daim qarışıqlığa və dəyişikliyə məruz qalacaq”. O həmçinin: “Kimsə dindar milləti əzir, onu sarsıtmır” demişdi.
Başqa sözlərlə, özünün bütün çatışmazlıqlarına baxmayaraq, Napoleon millətin ilk müdafiə xəttinin və yeganə həqiqi birləşdirici gücünün dini imanın, sabit prinsiplərin olduğunu açıq şəkildə gördü. Belə iman olmadan anarxiya yaranır. Hər adamın öz qanunu olur. O zaman insanları birlikdə saxlaya biləcək yeganə güc dövlətin və onun ordusunun kobud gücüdür.
Napoleon Fransa inqilabı dövründə də bu anarxiyanı və amansız zülmü gördü və ondan imtina etdi. Bu səbəbdən, praqmatik düşüncələrə əsaslanaraq, yalnız məsihçi imanının ölkədəki nizamı və birliyi bərpa edə biləcəyini qəbul etdi.
Amma biz bu gün inqilabi yolla gedirik. Xalqın və millətin həyatından sabit məsihçi prinsiplərini aradan qaldırmaq üçün bütün səylər göstərilir. Nəticə – artan parçalanma və münaqişədir. Müxtəlif fanatik inqilabi qruplarla qarşılaşanda da Napoleonun şərhini xatırlamalıyıq: “Ən çox ehtiyat etməli olduğumuz düşmən fanatizm deyil, ateizmdir”.
Bu gün biz şəxsi və milli həyatımızı ateizm və humanizm qumları üzərində qururuq. Əsrlərin qayası olan İsa Məsih ağılsız insanlar tərəfindən məhkəmələr, məktəblər və imanlı cəmiyyətlərindən kənarda saxlanılır. Bizim evimiz haqqında “onun yıxılması bir müsibət olar” demək olarmı (Matta 7:27)? Yoxsa yeganə həqiqi təmələ, İsa Məsihə qayıdacağıq? “Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər” (Zəbur 127:1).
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 24, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.