Şimali Afrikada, tərk edilmiş Timqad (və ya Tamuqadi) şəhərində dağıdılmış meydandakı daş üzərində bir yazı var: “Venari, lavari, luderi, rideri, occ (hoc) est vivere” sözləri yazılmışdır ki, bu da “Ovlamaq, üzmək, oynamaq, gülmək – bu həyatdır!” mənasını verir. Roma hakimiyyətdə olanda və imperiya Şimali Afrikadakı bəhrəli tarlalara və zəngin şəhərlərə hakim olanda Romanın fəlsəfəsi oldu. Bu həm də Romanın süqutunun səbəbi idi.
Roma gələcək haqqında daha düşünmədi. O, diqqətini cari vaxta cəmləşdirdi və onun üçün yalnız günlük zövqlər əhəmiyyət kəsb etdi. Romalılar böyük sivilizasiyalarının tənəzzül edib çökə biləcəyinin mümkün olmadığını düşünürdülər. Romalılar öz etdikləri ilə öyünürdülər. Sağ qalan millətlər isə nə edə biləcəkləri üçün irəliyə baxanlardır.
Romanın yaxınlığında olan Krit adası Romadan çox əvvəllər Minoan sivilizasiyasının möhtəşəm bir uğur qazandığı yerdir. Onlar heyrətamiz dərəcədə “müasir” idilər. Onların axar suları, su axıdılan ayaq yolları və Knossda kanalizasiya sistemi var idi. Şotland professoru sarayın xarabalıqlarına baxaraq dedi: “Knossun nümunəsi bundan ibarətdir ki, yaxşı su təchizatı sivilizasiyanı xilas etmir.”
Sivilizasiya öz imanını itirəndə o, məsuliyyətlər və gələcəyə görə deyil, amma indiki zövqə görə yaşamağa başlayır. Məsihçi olmayan Höte belə, tarixin mənasının iman və imansızlıq arasındakı ziddiyyətdə olduğunu müşahidə edəndə əsas problemi gördü.
İman olmadan insanların görmə qabiliyyəti məhdudlaşır və onları gələcəkdən daha çox bu gün maraqlandırır. Həvari Paul iman etməyənlər haqqında: “… o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz” (Ef. 2:12) demişdir. Sivilizasiya Allahsız olduqda, onun nə gələcəyi, nə də ümidi olur. Timqad Romalıları kimi, zövq almaqda israr edəcək və bəyan edəcəklər ki: “Bu həyatdır!”
Romalılar öz dövrlərində güclü idilər, amma məhz təqib olunan məsihçilər, İsa Məsihə canlı ümidləri olan adamlar sağ qaldılar və qalib gəldilər. Bizi yenə də əksəriyyəti yetərincə güclü, ancaq allahsız və ümidsiz olan gənc və yaşlı “romalılar” nəsli əhatə edir. Biz yenə də onlara tab gətirəcəyik və qalib gələcəyik. Sən bizimləsən, yoxsa məğlub olanların yanındasan?
Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır. Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, İsanın Allahın Oğlu olmasına inanan!” (1 Yəh. 5:4-5)
İlk dəfə çap edilmişdir: CA Farmer 235:6 (16 Okt, 1971), səh. 43.
İngilis Dilində Mövcuddur: https://chalcedon.edu/resources/articles/inscription-at-timgad
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.