Hələ 1951-ci ildə Pastor Harvi Maderanın “Xırda şeylərlə məşğul olmaq” mövzusunda necə gözəl bir vəz etdiyini eşitmişdim. O, həddindən çox sayda məsihçinin əhəmiyyətsiz məqamlara diqqət yetirdiyini, vacib məsələlərə isə laqeyd qaldığını qeyd etdi. O, bunu xırda şeylərlə məşğul olmaq adlandırırdı.
Mən bu yaxınlarda əhəmiyyətsiz məsələlərə vaxt sərf edən bir çox digərləri kimi fövqəladə bir qabiliyyətə malik gənc bir pastorla qarşılaşanda bu barədə düşündüm. Dünya dağılanda o, çox məyus olur və vaxtını bir reklamın sözlərinə dair mübarizəyə sərf edir. Başqa bir insan qadınların saç düzümü və paltarlarının uzunluğu, üçüncüsü televiziyada bazar günü beysbol və futbol barədə narahat olmaqla keçirir.
Yarışda qaçmalı olan bir adam milçəkləri öldürmək üçün dayanmaz. Onun prioritetlər hissi yalnız ən aktual vəzifənin onun ağlı və zamanı üzərində hakim ola biləcəyini anlamağa onu vadar edir. Bu o demək deyil ki, əhəmiyyətsiz problemlərdən bəziləri hərdən əsl problemlər deyil. Məsələ təkcə prioritetlərdə deyil, amma həm də sağlam düşüncədədir. Biz yanan evdə mebelin tozunu silməkdən əl çəkmirik; biz odu söndürməyə cəhd edirik. Eyni ilə bu cür, azğın nəsildə bizim vəzifəmiz Allahın bərpaedici gücünü bəyan etməkdir.
Bizim zamanımız böhranlı və təxirəsalınmazdır, bu da mühüm müjdə və fədakar bir həyat tələb edir. Biz “Sionda laqeyd olanlar” ola bilmərik (Amos 6:1) və nə də ikinci dərəcəli və ya səthi məsələlərə vaxt ayıra bilmərik.
Həvari Paul “…mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma!” (1 Korinflilərə 9:16) deyərək öz dövründə bu təxirəsalınmazlığı hiss etdi. Təəssüf ki, bu gün ən nadir şeylərdən biri, istər kafedradan, istər də skamyadan olsun – zərurilik və təxirəsalınmazlıq hissidir.
Əgər biz xırda şeylərlə məşğul oluruqsa, biz insanları yanan evdəki tozlu mebelə görə bezdirəcəyik. Əgər Allahın Kəlamı ilə məşğul olacayıqsa, xəbərdarlıq sözü, xilas və həyat yolu təşviq edəcəyik. Əgər xırda şeylərlə məşğul oluruqsa, özümüz də xırda şeylərə çevrilmişik. Əgər biz Allahın inandırıcı Kəlamını hər şeydən üstün tuturuqsa, biz Məsihdə güclü insanlara və qaliblərə çevrilirik.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 38, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.