Son illərdə müxtəlif federal məmurlar, milli hökümətin yalan demə “haqqı”nın olduğuna inancları əsasında vətəndaşlarına qarşı bəyanatlar və ya hərəkət etmişlər.
Bu açıqlamalardan şoka düşən bəzi adamlar özlərini elə apardılar ki, sanki bu, qəribə yeni bir təlim idi. Ancaq biz bunu ən azından Sokrat və Platonun ona sadiq qaldığı Platonun Respublikası kimi görürük. Sokrat deyirdi ki, həqiqət “adamlara yalnız bir dərman olaraq faydalıdır”; beləliklə, “aydındır ki, belə bir dərman həkimlərin əlində olmalıdır və peşəkar olmayan adamlar buna müdaxilə etməməlidirlər”.
Hökmdarlar “həkimlərdir” və yalnız onlar dərmanı, həqiqəti, vermək hüququna malikdirlər. “Dövlət rəhbərləri yalanlardan istifadə etmək, düşmənləri və ya öz vətəndaşlarını dövlətin xeyrinə aldatmaq hüququna malikdirlər və başqası bu imtiyaza müdaxilə edə bilməz”. Sokrat hesab edirdi ki, yalan danışan başqa hər bir kəs ciddi cəza almalıdır, çünki yalan danışmaq haqqı mülki hakimiyyətin imtiyazıdır.
Fridrix Nitşe özünün “Xeyir və Şərin Ötəsində” kitabında bəyan etdi ki, “yalan rəy bizim üçün ona qarşı etirazımız deyil”. Əslində o dedi ki, yalansız “insan yaşaya bilməz – yalan fikirlərdən imtina etmək həyatı inkar etmək, həyatdan dönmək olacaqdır”.
Buna görə də, “həqiqəti həyatın bir şərti olaraq tanımalıyıq”. Başqa sözlə desək, bütün həyat yalan olduğundan həqiqət, eləcə də xeyir və şər kimi bir şey olmadığı üçün yalan hökmdarların istifadə etmələri üçün çox faydalı və zəruri bir vasitə idi.
Yalan danışmaq “haqqı” beləliklə, iki əsas təlimə əsaslanır. Birincisi, əgər biz Allahın mövcud olmadığına inanırıqsa, onda həm də nə həqiqət, nə də yaxşı və ya pis bir şeyin olmadığına, amma yalnız mənasız şeylər dünyasına inanırıq. İkincisi, Allahsız və mənasız bir dünyada dövlət və ya mülki hökumət tanrı rolunu oynamalı və insanlara yalan danışaraq onları xoşbəxtlik içində saxlamalıdır.
Beləliklə, yalan danışmaq “haqqı”, ateizmə, Allahı inkar etməyə əsaslanan bir inancdır. Üstəlik, onu insanın yeni ağası edərək yeni bir mülki hökumət tanrısı yaradır.
Müqəddəs Kitab: “Heç kimə qarşı yalandan şahidlik etmə” (Çıxış 20:16; Qanunun Təkrarı 5:20) deyəndə, bu, o deməkdir ki, həqiqət Allahı bütün insanlardan Onun qanunlarına və Onun salehliyinə uyğun yaşamağı tələb edir. Həqiqət Allahı Allahın surətində yaradılmış insandan tələb edir ki, insan həqiqətə şahidlik etsin. Beləliklə, yalan şahidlik etmək yalnız Allaha asi olmaq deyil, həm də Onu inkar etmək deməkdir: bu, əməli ateizmdir. Yalan danışmaq “haqqı” əməli ateizmdir, hökmdarların ateizmi və xalqın ateizmidir. Məsihçi imanı həqiqət haqqı üzərindədir və onun qaçılmaz qələbəsindədir.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 22, Chalcedon/ Ross House Books, 2015.
İngilis dilində: https://chalcedon.edu/resources/articles/the-right-to-lie
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.