Eramızın 840-cı ilində Bertram, Fransanın Korbi şəhərinin presviter və rahibi, imperator Keçəl Çarlzın xahişi ilə “Rəbbin Bədəni və Qanı” kitabını yazdı (De sorpore et sanguine Domini). Rəbbin Süfrəsini izah edən Bertram yazdı:
Can… insan ürəyi, cismani qida və ya içki ilə qidalanmır, amma Allahın Sözü ilə qidalanır və böyüyür. Bədənə girən bu çörək deyil, amma canı dəstəkləyən əbədi həyat çörəyidir”.
Məsihin sınağa çəkənə dediyi Sözü “İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır” (Matta 4:4) xatırlayaraq, Bertram bəyan etdi ki, insana yaşamaq üçün həyat çörəyi, Allahın Sözü, eləcə də Allahın lütfü və həyatı lazımdır. Rəbbin Süfrəsinin elementlərinə qayıdaraq Bertram yazırdı: “Çünki bu çörək və bu içki görünüşlərinə görə deyil, ruhani cəhətdən xidmət etdiklərinə görə Məsihin bədəni və qanıdır – həyatın mahiyyətidir”.
Həyatın mahiyyəti hal-hazırda insanların çox ehtiyac duyduqları məhz budur. Həyat forması heç vaxt bu qədər yaxşı aşkar olmamışdı: insanlar zəngin geyinir və qorunurlar; onlar bolluqda və rahat yaşayırlar, amma bütün bunlara baxmayaraq, yaralar, qorxu və narazılıq içindədirlər. Maddi rifahda pis bir şey yoxdur və buna görə də minnətdar olmaq lazımdır, lakin həyat məğzi olmayan maddi rifah məyusluq və mənasızlıqdır.
1930-cu illərdə Berkli tələbələri mükəmməllikdən çox uzaq idilər və onların problemləri var idi. Şəfqət göstərən həkimlər çoxlarını ağır xəstə olduqları üçün deyil, orada daha yaxşı yemək yeyəcəkləri üçün onları Kouel xəstəxanasına yerləşdirdilər. Amma məhz hal-hazırkı tələbələr inqilabçı və iğtişaşçıdırlar; onların əksəriyyəti imkanlı ailələrdəndir və təəccüblü dərəcədə çox xərclik pulları vardır. Onlar problemlərin və maddi yoxsulluğun nə olduğunu bilmədən özləri və indiki yoxsullarımız üçün “hüquqlar” tələb edirlər. Onların bütün problemlərə cavabları budur – hər kəs üçün daha çox maddi rifah.
Maddi tərəqqi və sərvət hər bir cəmiyyətin hədəfinin bir hissəsi olmalıdır, lakin bu maddi üstünlüklərin onun ehtiyaclarını həll edəcəyini düşünən hər hansı bir ölkə həqiqətən də uzağa getmişdir. Həyat məğzi, İsa Məsih olmadan insanın müqəddəratı daim narazılıqdır. Bəşəri problemləri tamamilə maddi bir cavabla həll etmək istəyən insan yalnız haqsız deyil, həm də təhlükəlidir, çünki o yalançıdır. Yəhuda yoxsullara paylamaq haqqında deyəndə həvari Yəhya bunu sezdi: “Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi” (Yəhya 12:6). Bu gün bizdə belə oğrular çoxdur.
İsa xəbərdarlıq etdi: “Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun” (Yəhya 10:10).
Bəziləri iddia edirlər ki, Rəbbin Süfrəsi və onun mənası barədə hansısa vətəndaş iğtişaşları və yoxsulluq problemlərinə bir növ cavab olaraq danışmaq gülüncdür. Onlar tələb edirlər, kasıblar üçün nə edirsən? Cavab aydındır: Korbinin rahibi Bertram, öz dövrünün ehtiyacı olanları üçün yalnız başqalarının pulu ilə səxavətli olan bizim hal-hazırkı səs-küylü inqilabçılarımızdan daha çox etmişdir. Həyatın məğzi onda idi və o, bu həyatı maddi və ruhani olaraq paylaşdı. Bu gün bu Məsihin sürüsünə də eynilə aiddir.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 16, Chalcedon/ Ross House Books, 2015.
R.C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.