İmanlılar cəmiyyətinin bəzi üzvləri digər məsihçilərin oraya gəlməsinə çətinlik yaradır və ya onlara mane olurlar. Bazar günü axşamları bir dostum imanlılar cəmiyyətinə tək gedir; onun həyat yoldaşının belinin vəziyyəti ona həm səhər, həm də axşam toplantılarında iştirak etməyə imkan vermir və o, yalnız səhər toplantılarında iştirak edir. Lakin mütləq bəziləri çəkinmədən tələsik soruşacaqlar: bəs nə üçün sənin ərin bu axşam burada deyil?
Başqa bir halda imanlılar cəmiyyətinə gələn sadiq bir insan tez çıxa bilmək üçün arxada oturmağa çalışır. Rəbbə səcdə etmək istəyən bu dul kişi ikinci dəfə evlənmək və ya münasibət qurmaqla maraqlanmır, onu sadəcə ibadət maraqlandırır. Buna baxmayaraq, bir çox insanın onun üçün planları var, ona zəng edir və güdməyə çalışaraq onu cəmiyyətin müxtəlif işlərinə cəlb edirlər.
Bu yanlış fikirdir. Məsihin cəmiyyətinin məqsədi nə qədər yaxşı məqsəd olsa belə gördüyümüz bəşəri tələbatları ödəmək və ya yerləri doldurmaq deyil. Məsihin imanlılar cəmiyyətinin məqsədi Onun Padşahlığı və Onun salehliyi və ya ədalətidir (Matta 6:33) və bəşəri ehtiyaclarımız və qayğılarımız bundan üstün tutula bilməz. İmanlılar cəmiyyətində həddindən çox sayda adam Müqəddəs Yazıların mənasını bizim üçün edilənlər ilə məhdudlaşdırmaq istəyir.
Otuz ildən çox bir müddət əvvəl Herman N. Ridderbos özünün “Zaman tamam olanda” adlı kitabında modernizmi, imanın bir fərd olaraq bizim üçün daşıdığı mənasını kiçildərək birincisi, “Allahın ifadə edilmiş kəlamı”ndan uzaqlaşma və ikincisi, ekzistensializm və ya subyektivlik kimi təsvir etmişdir.
Yalnız insanın canı üçün nəsə edə biləcəyini deyərək məsihçiliyi kiçiltmək modernizmə gedən yolun artıq yarısıdır, çünki fokus Allahdan insana keçmişdir.
Sizin imanınızın fokusu nədir?
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 53, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.