İkinci dünya müharibəsi bitəndən iki-üç il sonra, yaşlı bir pastor bir dəfə məni nahara dəvət etdi. O, tezliklə təqaüdə çıxacaq Kaliforniyanın görkəmli pastorlarından biri idi. Qarşıdakı illərdə yaxşı heç bir şey görmürdü, çünki imanlılar cəmiyyəti “zəifləməyə” doğru gedirdi. Onun sözlərinə görə, insanlar 1930-cu illərin depressiyası və 1940-cı illərdə hakim olan İkinci Dünya Müharibəsindən sonra daha ciddilik istəmədiklərini, yalnız səfa və şadlıq istədiklərini hiss edirdilər.
O dedi ki, bütün insanlar istər azmış, istərsə də xilas olmuş günahkardırlar. Onlara Allahın iti ağır Kəlamı lazımdır ki, onlar öz yerlərində rahatlanmasınlar, öz günahları və çatışmazlıqlarından məmnun qalmasınlar. Amma insanlar artıq “özlərini yaxşı hiss etmək” istəyir, bütün Müqəddəs Kitabın insana və onun özünü razı salan sülh istəyinə “neqativ” olmasına baxmayaraq, kafedradan “neqativ” sözlər eşitmək istəmirdilər.
Bu yaxınlarda bir pastorun açıq sözlü vəzi ilə bağlı şikayət eşidəndə yenə həmin pastor barəsində düşündüm. Yeşayanın sözləri yadıma düşdü: “Çünki bu, üsyankar xalq, yalançılar nəslidir, Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur. Onlar baxıcılara ‘bir daha görüntü görməyin’, görücülərə ‘bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin, bizə xoş sözlər söyləyin, arzuladığımızı peyğəmbərlik edin’… deyirlər” (Yeşaya 30:9-10). Yeşayanın dövründə kahinlərdən və peyğəmbərlərdən “müsbət” vəz etmək tələb edilirdi. Onlar Allahın Kəlamını deyil, amma səfa və şadlıq, yalan istəyirdilər. Onlar doğrudan da əksər dini liderlərdən istədikləri vəzi aldılar, amma Allahdan mühakimə də aldılar.
Bizim nəsilə də bu aid olacaqmı? Biz “öz istədiyimiz” vəzi, lakin Allahın istədiyi mühakiməni alacağıqmı? Vaxt tükənir. Budur RƏBBİN sözü! Öz pastorunuza sizə birbaşa deməsini söyləyin və buna görə və Məsihdəki sevgisinə görə ona təşəkkür edin. Unutmayın, Rəbbimiz deyir: “Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm” (Vəhy 3:19).
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 41, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.