Bir neçə il əvvəl, bir qış günü, gecə yarısı bir fermanı alov aldı. Ailə öz canını oradan çətinliklə qurtardı. Həmişə hər şeyin düz olmasını istəyən səliqəli və dürüst evdar qadın, öz uşaqları ilə tüstü dolu qonaq otağından bayıra təhlükəsizliyə atılarkən, bir saniyəliyə dayandı. Həyat yoldaşının heyrətinə səbəb olaraq, o, mexaniki şəkildə əlini uzadaraq divarda əyri asılmış şəkli düzəltdi və sonra qapıdan təhlükəsizliyə atıldı. Onların evləri və bütün əşyaları məhv oldu, amma ən azı onun şəkli yanarkən düz asılmış vəziyyətdə idi!
Bəzi təbliğçiləri dinləyərkən o hekayə yadıma düşür. Məhvedici alovlar onların dünyasını ələ keçirir və istənilən mədəniyyətin dayağı olan nizam-intizam divarları onların ətrafında çökür və onlar yanan divarda şəkilləri düzəltməklə məşğuldular. Bu yaxında bir xidmətçi səhəri “aman Allahım” və “lənət olsun”-un çoxalmasına qarşı vəz edərək keçirdi. Digəri isə bir axşam saatını mini ətək və dona qarşı vəz edərək keçirdi.
Allah insanları bunu etmək üçünmü çağırıb?
Bütün məsihçilərə verilən böyük tapşırıq, müjdə budurmu? Biz xırda şeylər barədə vəz etməliyik, yoxsa bizim həqiqətən də böyük tapşırığımız var? Böyük Tapşırıqda, İsa elan etdi ki: “Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir” (Matta 28:18-20). Rəbbin Cəmiyyəti bu sevindirici xəbəri elan etməlidir: bütün qüdrət və səlahiyyət tamamilə göy və yer üzərində hökmranlıq edən Padşah Məsihə verilmişdir. Məsihçilər, qalib və fəth edən bir ordunun üzvləridir.
Sonra İsa ardıcıllarına gedib bütün millətləri öyrətməyi və onları üçü birlikdə olan Vahid Allahın adıyla vəftiz etmələrini əmr etdi. Tapşırıq “bütün millətləri” Məsihin səlahiyyəti altına gətirməyə, “onlara, sizə əmr etdiyim şeylərə əməl etmələrini öyrətməyə” çağırır. Allahın qanunu öyrədilməli və bütün insanlardan və millətlərdən ona əməl edilməsi tələb olunmalıdır. İnsanlar və millətlər Məsihə və Onun hakimiyyəti altına gətirilməlidir.
Rəbbin Cəmiyyəti bu çağırışı qəbul etdikdə Məsih də Cəmiyyəti Öz hüzuru ilə təmin edir: “Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.”
Məsihin fəth edici gücü və hüzuru vaxtını boş şeyləri vəz edənlərlə olacaq, yoxsa O, Böyük Tapşırıq uğrunda addımlayanları qorumağı, inkişaf etdirməyi və onları zəfərə çatdırmağı üstün tutacaq?
Relsdən çıxmış qatar faydasızdır: relsdən çıxmış İmanlı Cəmiyyətidə belədir.
(Vaxtında Verilən Məsləhət –dən, 1-ci Cild)
İngiliscə Mövcuddur: https://chalcedon.edu/resources/articles/irrelevant-preaching
R.C. Raşduni (R.J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.