Həm Tanrı, həm İnsan, həm Allah oğlu, həm də İnsan oğlu,
Məsh edilmiş cahan Padşahı
Budur təzahür edərək burada oturub hökmranlıq edir.
Bütün səlahiyyəti Sənə verirəm, əbədi padşah ol və onu üzərinə götür
Sən layiqsən, Sənin kimi Ali Hökmranlıq,
Səmada, Yerdə, yaxud Cəhənnəmdəki yerin altında olanların hamısı
Sənin qarşında diz çökəcək.
– Con Milton, İtirilmiş Cənnət [3.315-22]
Günəş çıxanda artıq qaranlıq hökm sürmür; qaranlıqdan qalan hər bir şey yox olur. Beləliklə, Allah Kəlamının İlahi təzahürü Öz yerini aldığı təqdirdə bütlərin qaranlığı artıq hökm sürmür və dünyanın hər tərəfi Onun təlimi vasitəsilə ilə aydınlanır.
– Müqəddəs Afanasi, İlahi Təzahür haqqında [55]
1-ci fəsil: Ümid
Bu kitab ümid haqqındadır. Uzun müddətdir ki, məsihçilər ümidsizlik, məğlubiyyət və geri çəkilmə ilə xarakterizə olunurlar. Uzun müddətdir ki, məsihçilər uğursuzluğa düçar olduğumuzu, məsihçilərin qalib gələ bilməyəcəyini öyrədən yalan təlimə – İsa qayıdana qədər məsihçilərin düşmənə tərəddüdsüz məğlub olacaqları fikrinə riayət edirdilər. Bizə deyildiyi kimi imanlılar cəmiyyətinin gələcəyi, imandan dönməyə doğru davamlı irəliləməkdə idilər. Bəzi rəhbərlərimiz təəssüf ki, İmanlılar Cəmiyyətinin “Laodikiya dövründə” yaşadığından xəbər verirlər (Vəhy 3:14-22-də bəhs olunan Laodikiya cəmiyyətində “ilıq” sözünə istinadən). İstənilən yeni bir müharibənin başlanğıcı, cinayət statistikasında istənilən bir artım, ailənin dağılmasının hər hansı bir yeni sübutu çox vaxt qəribə bir şəkildə sivilizasiyanın tamamilə çökməsi üzrə irəliləyiş, həmin hədəfə doğru bir addım, İsanın hər an gəlib bizi xilas edə biləcəyinə işarə hesab edilirdi. Sosial fəaliyyət layihələrinə şübhə ilə baxılırdı: çox vaxt belə güman edilirdi ki, dünyanı düzəltməyə çalışan kəslər əslində Bibliyaya inanmayanlardır, çünki Müqəddəs Kitab belə səylərin nəticəsiz qalacağını öyrədir; bir məşhur təbliğçinin dediyi kimi: “Batan gəmidə mis cilalamırlar.” Bu şüar iki fərziyyəyə söykənirdi: birincisi, dünya “batan gəmi”dən artıq bir şey deyil; ikincisi, məsihçilərin yenidən qurma ilə bağlı təşkil etdiyi istənilən proqram “mis cilalama”dan artıq bir şey deyil. Müjdəçilik, məğlub tərəfə qoşulmaq üçün bir dəvət idi.
Bunun kökündə iki problem var idi. Onlardan biri Ruhani həyat barədə yanlış fikir idi. Müqəddəs Kitaba zidd düşüncəyə əsasən “ruhanilik” əsl “ruhani” insanın bir növ “qeyri-fiziki”, “dünyəvi” məsələlərə qarışmayan, çox işləməyən və ya çox düşünməyən və vaxtının çoxunu əksinə göydə olacağını düşünməklə keçirən insan olmasıdır. Nə qədər ki, o, yer üzərindədir, həyatda bir əsas vəzifəsi var: İsa üçün tapdalanmaq. Bu baxımdan “Ruhani” adam bir acizdir. Məğlubdur. Lakin ən azından o “məğlub” olmağı bacaran məğlubdur.
Müqəddəs Kitab təlimi çox fərqlidir. Müqəddəs Kitabda Ruhani termini istifadə edildikdə, ümumiyyətlə Müqəddəs Ruhdan bəhs olunur (bu səbəbdən sözü yazarkən böyük R hərfindən istifadə edirəm). Ruhani olmaq Müqəddəs Ruh tərəfindən idarə və motivasiya olunmaqdır. Bu, Müqəddəs Yazılarda yazıldığı kimi Onun əmrlərinə tabe olmaq deməkdir. Ruhani insan hava boşluğunda dolanan və qorxulu səsləri eşidən biri deyil. Ruhani insan Müqəddəs Kitabda deyilənləri edən adamdır (Rom. 8:4-8). Bu da o deməkdir ki, biz həyata qaynayıb-qarışmalıyıq. Allah bizdən məsihçi standartlarını hər yerdə, hər sahədə tətbiq etməyimizi istəyir. Ruhanilik həyatdan uzaqlaşmaq və geri çəkilmək deyil; hökmranlıq deməkdir. Məsihçi imanının əsas etirafı odur ki, İsa Rəbbdir (Rom. 10:9-10) – Göydə və yerdə olan hər şeyin Rəbbidir. Rəbb olaraq, hər sahədə izzətləndirilməlidir (Rom. 11:36). Məsihçi Ruhaniliyi baxımından, həyatın hər bir sahəsində məsihçi əməlinə Allahın tələbi nöqteyi-nəzərindən geri çəkilmək üçün heç bir səbəb yoxdur.
Məsihçilərin əməlinə ünvanlanan ikinci maneə məğlubiyyət esxatologiyası[1]Esxatologiya (yun. έσχατος – son) — ilahiyyat (din bölməsi) və fəlsəfənin bir sahəsidir. Bəşəriyyətin son taleyi, ya da dünya tarixinə son qoyan hadisələr maraqlanır olmuşdur. Esxatologiyamız bizim “son olacaqlar haqqında təlimimiz”, gələcək ilə əlaqədar gözləntilərimizdir. Bir çox məsihçilərin son gözləntiləri ilə bağlı heç bir şübhə yoxdur: biz uğursuzluğu gözləyirdik. Dünyaya, əvvəl də qeyd etdiyimiz kimi, batan bir gəmi kimi baxırdılar.
Əlbəttə, heç bir məsihçi tam məğlubiyyətə inanmır. Bütün məsihçilər Allahın tarixin sonunda iblis üzərində qalib gələcəyini bilir. Gənc bir məsihçi olaraq, Müqəddəs Kitab müəllimlərimin mənə “Müqəddəs Kitabın son fəslinə baxdıqlarını və məsihçilərin qalib gəldiklərini” dediyini xatırlayıram. Lakin mənim məqsədim də elə məhz budur: esxatologiyanın müəyyən məşhur variantlarına görə, qələbə yalnız “son fəsildə” baş verir. Zamanla, tarixdə, yer üzündə məsihçilər məğlub olurlar. Dünya getdikcə pisləşir. Məsih əleyhdarı gəlir. İblis dünyanı idarə edir və getdikcə daha da güclənir. Bir neçə nəfəri cəhənnəmdən xilas etməkdən savayı bu dünyada Allah üçün gördüyünüz heç bir işin davamlı nəticəsi olmayacaq. Vaxtında xilas ola bilməyiniz üçün fəlakət gəlməmişdən əvvəl bunu tezliklə etməyiniz məsləhətdir. Təəccüblüsü isə, bu müjdənin Məsihin Əleyhdarlarının gəlişini nəzərdə tutmasıdır. Bu mövzuda həddindən artıq təhrif edilmiş bir məqam var.
Dediyim budur. Məğlubiyyət esxatologiyası yanlışdır. Bu da, eynilə Ruhaniliyə yanlış baxış kimi Müqəddəs Kitaba əsaslanmır. Məğlubiyyət fikri əvəzinə, Müqəddəs Kitab bizə həm bu dünyada, həm də axirətdə Ümid verir. Müqəddəs Kitab bizə hökmranlığın esxatologiyasını, qələbə esxatologiyasını verir. Bu kor-koranə, “hər şey bir şəkildə düzələcək” deyə bir optimizm deyil. Məsihin İkinci gəlişindən əvvəl Müjdənin bütün dünyada qalib gələcəyinə möhkəm, əmin və Müqəddəs Kitaba əsaslanan bir inamdır.
Bir çoxları üçün bu inanılmaz görünəcək. Bu müasir dövrün bütün ruhuna qarşı çıxır; illərdir məsihçilərə məğlubiyyəti gözləmək öyrədilmişdir. Şübhəsiz ki, “yeni” təlimlərə qarşı diqqətli olmaq yaxşı bir fikirdir. Hər şey Müqəddəs Yazıya əsasən yoxlanılmalıdır. Ancaq bir şey də nəzərə alınmalıdır ki, hökmranlıq ideyası yeni deyil. Əslində, son vaxtlara qədər məsihçilərin əksəriyyəti hökmranlıq esxatologiyasına inanmışdır. Cəmiyyət tarixi boyunca məsihçilərin əksəriyyəti məğlubiyyət esxatologiyasını ağılsızların təlimi kimi qəbul edirdilər.
Məsihçilik üçün dünyanın fəthinə olan Ümid, əsrlər boyu Cəmiyyətin ənənəvi imanı olmuşdur. Bu həqiqəti asanlıqla təkrar-təkrar göstərmək olar. Bunu dördüncü əsrdə Cəmiyyətin böyük Atası Müqəddəs Afanasinin sözlərində görə bilərik. Onun “Allahın Kəlamının Təzahürü haqqında” klassik kitabı güclü hökmranlıq esxatologiyasını göstərir. O, tezisini aşağıdakı kimi ümumiləşdirdi:
Xilaskar bizim aramızda yaşamağa gəldiyindən, nəinki bütpərəstlik artıq artmır, əksinə getdikcə azalır və yoxa çıxır. Eynilə, nəinki yunanların müdrikliyi artmır, həm də, olan da yoxa çıxır. Cinlər də indiyə qədər öz yalanları, falçılıqları və cadugərliklərini insanlara təlqin etməyə nə qədər cəhd etsələr də, çarmıx ilə dayandırılır. Digər tərəfdən, bütpərəstlik və Məsihə imana qarşı çıxanların hər biri günbəgün azalıb, zəifləyib, dağıldıqca, Xilaskarın təlimi hər yerdə artır! Buna görə də, “hər şeydən üstün Olan” və qüdrətli Xilaskara, Kəlam olan Allaha həmd edin və Onun tərəfindən məğlub edilənləri və rədd edilənləri məhkum edin. Günəş çıxanda artıq qaranlıq hökm sürmür; qaranlıqdan qalan hər bir şey yox olur. Beləliklə, Allah Kəlamının İlahi təzahürü Öz yerini aldığı təqdirdə bütlərin qaranlığı artıq hökm sürmür və dünyanın hər tərəfi Onun təlimi vasitəsilə ilə aydınlanır.
Güman etməməlisən ki, Afanasi yalnız müsbət düşüncəli, sakit, dinc şəraitdə rahat yaşayan bir optimist idi. Əksinə: o, dünyanın indiyə qədər gördüyü ən ağır təqiblərdən birini, İmperator Diokletianın məsihçi imanını məhv etmək üçün bütün cəhdlərini yaşayıb görmüşdü. Sonralar Afanasi dövlət tərəfindən beş dəfə sürgün edilərək və bəzən həyat təhlükəsi altında qalaraq 40 il boyunca əslində özü tək başına dəhşətli küfrə qarşı Üçlük[2]Ata, Oğul və Müqəddəs Ruh haqqında təlimini müdafiə etməli olmuşdu. Əslində, onun hekayəsindən bir atalar sözü yarandı: Athanasius contra Mundum (Dünyaya qarşı Afanasi). Bununla belə o, heç vaxt dünya tarixinin əsas həqiqətini, Kəlamın bədən aldığını, iblisə qalib gəldiyini, bəşəriyyəti xilas etdiyini, qaranlığın öhdəsindən gələ bilmədiyi Nurla dünyanı doldurduğunu unutmadı.
Cəmiyyətin hökmranlıq esxatologiyası Qərb sivilizasiyasının tarixini kökündən formalaşdırdı. Məsələn, Avropanın böyük kilsələri haqqında düşünün və onları bugünkü Cəmiyyət binaları ilə müqayisə edin. Bu köhnə kilsələr, onilliklər boyu və bəzən nəsillər boyu inşa edilmiş möhtəşəm sənət əsərlərinin əsrlər boyu yaşaması üçün tikilmişdir və belə də oldu. Lakin müasir müjdəçi cəmiyyətlərinin binaları ümumiyyətlə bir nəsil mövcud olmaq üçün tikilir. Onlardan çox istifadə etmək üçün kifayət qədər uzunömürlü olacağımızı gözləmirik və əlbəttə ki, nəticələrimizin orada ibadət etmələrini heç gözləmirik. Hətta nəticələrimizin olacağını belə gözləmirik. Əminliklə söyləmək olar ki, nəvə-nəticələrin bundan sonra beş yüz il yaşayacağı bu gün imanlıların əksəriyyətinin ağlına belə gəlməmişdir. Halbuki, əvvəlki nəsillərin bir çox məsihçiləri üçün gələcək nəsillərin onların zəhmətlərindən bəhrələnəcəyi fikri o qədər də qəribə deyildi. Onlar əsrlər boyu tikmişdilər.
Çox fərqli bir sahəyə baxaq: tədqiqat. Heç yüzdə bir tarixçi belə Xristofer Kolumbun Hindistana qərb marşrutu axtarmasına nəyin səbəb olduğunu bilmir. Ticarət? Bəli, bu səbəblərin bir hissəsi idi. Lakin bu daha çox həyata keçməmiş peyğəmbərlik idi. Ekspedisiyalarına başlamazdan əvvəl Kolumb öz gündəliklərini bütün dünya xalqlarını şagird etmək üçün Böyük Tapşırığın uğurlu olacağına dair çoxsaylı peyğəmbərlikləri ətraflı təsvir edərək Yeşaya və digər Müqəddəs Kitab yazıçılarından sitatlarla doldurmuşdu (bax: məsələn, Yeşaya 2:2-5; 9:2-7; 11:1-10; 32:15-17; 40:4-11; 42:1-12; 49:1-26; 56:3-8; 60:1-22; 61:1-11; 62:1-12; 65:1-25; 66:1-24). O, Hindistanın imana gətiriləcəyi təqdirdə bir dəniz marşrutu ilə onlara müjdə aparmağın daha səmərəli olacağını anladı; və kəşflərini riyaziyyat və ya xəritələrin istifadəsinə deyil, Yeşayanın əvvəlcədən söylədiklərini həyata keçirən Müqəddəs Ruha aid etdi. Unutmamalıyıq ki, Amerika dəfələrlə, digər mədəniyyətlər tərəfindən kəşf edilmişdi; lakin uğurlu müstəmləkəçilik və inkişaf yalnız Kolumbun başladığı kəşf dövründə baş verdi. Niyə? Çünki bu tədqiqatçılar Müjdənin daşıyıcıları idilər və onların məqsədi Allahın Padşahlığı uğrunda dünyanı fəth etmək idi. Onlar Yeni Dünyanın məsihə iman edəcəyini gözləyərək gəldilər. Onlar qələbədən əmin idilər və qarşılaşdıqları istənilən maneənin öhdəsindən gəlmək üçün qoyulduğunu güman edirdilər. Məsihçilərin hökmranlıq üçün təyin olunduğunu bilirdilər.
Hər bir sahədə daha çox nümunələr vermək olar. Qərb Sivilizasiyasının bütövlükdə yüksəlişi – elm və texnologiya, tibb, incəsənət, konstitusiyaçılıq, münsiflər məhkəməsi sistemi, azad sahibkarlıq, savad, artan məhsuldarlıq, yüksələn həyat səviyyəsi, qadınların yüksək statusu – bir əsas həqiqətə aiddir: Qərb məsihçilik vasitəsilə dəyişdi. Düzdür, dəyişmə hələ tam deyil. Qarşıda çox döyüşlər var. Lakin məsələ burasındadır ki, erkən məsihçilik sivilizasiyasında belə, Allah üzərimizə xeyir-dua yağdırdı.
Bir çox məsihçilər bunu dərk etmir, lakin müasir müjdəçi ümidsizliyi və bədbinliyi dövründən əvvəl yazılmış iman haqqında əzəmətli köhnə himnlərin çoxunun əsası Ümiddir. Növbəti dəfə Martin Lüterin “Tanrımız Qüdrətli qalamızdır”, İsaak Uottsun “Günəş harada çıxmağa davam edərsə, İsa da orada hökm sürəcək” və ya Corc Daffildin “Qalx ayağa, qalx ayağa İsa üçün” ilahilərini oxuyarkən düşünün. İsanın indi bizi həqiqətən “hər bir düşmən məğlub edilincəyədək … qələbədən qələbəyə apardığına və həqiqətən Rəbb olduğuna” inanırsınızmı? Rəbbin Cəmiyyəti tarixən məhz buna inanmışdır. Himnlərində səsləndirdikləri budur. Bu, Afanasinin İlahi Təzahür haqqında mülahizələri kimi ənənəvi Milad ilahilərində Müjdə vasitəsilə Məsihin dünya üzərində qələbəsi haqqında cəsarətli ümidlərdə daha aydın görülə bilər. “Gəl, çoxdan gözlədiyimiz İsa,” “Gəl, gəl, İmmanuel,” “Mələkləri dinləyin,” “Allah sizə sevinc versin,” və digər bir çox ilahilər bu kitabda olduğu kimi eyni fikirdən irəli gələrək yazılmışdır. “Sevin dünya!” xəbəri Məsihin ilk gəlişinin nəticəsi olaraq, Onun hal-hazırda səmadan hökmranlıq edib yer üzünü fəth etməsinə əminliyə əsaslanır.
Günah və kədər artmasın,
Torpağı tikanlar basmasın;
Lənət uzaqlaşdıqca
O gəlir ki, xeyir-dualarını axıtsın.O lütf və həqiqətlə dünyaya hökm edir
Salehliyinin izzəti və sevgisinin möcüzələrini
O, xalqlara yaşadır.
Böyük qələbə haqqında “Gecə yarısı aydın oldu” ilahisinə də eyni şey aiddir:
Budur, günlər tez gəlir,
Peyğəmbər şairlər demişdi;
Daim dövr edən illərlə
Qızıl əsr qayıdır;
Yer üzünü sülh bürüdükcə,
Qədim əzəmətlər dağılır,
Və mələklərin indi söylədiyi nəğməni
Bütün dünya söyləyir.
Zəbur: Hökmranlığın Himn Kitabı
Rəbbin Cəmiyyətinin Dünyagörüşü ilə Cəmiyyətin himnləri arasında çox vacib bir əlaqə var. Ürəyiniz və ağzınız qələbə nəğmələri ilə doludursa, hökmranlıq esxatologiyasına malik olmağa meyl edəcəksiniz; əksinə, nəğmələriniz qorxulu, qaçmaq arzusunu ifadə edirsə və ya zəif, uşaq nəğmələri olarsa, sizin dünyagörüşünüz və gözləntiləriniz xəyalpərəst və uşaqcasına olacaq.
Tarixən Rəbbin Cəmiyyəti üçün əsas himn kitabı Zəbur kitabı olmuşdur. Müqəddəs Kitabın ən böyük kitabı Zəbur kitabıdır və Tanrı onu bilərəkdən Müqəddəs Kitabın ortasına yerləşdirdi ki, nəzərdən qaçırmayaq! Nə qədər cəmiyyətlər həmd zamanı Zəburdan istifadə edirlər? Maraqlıdır ki, Cəmiyyətin hökmranlıq esxatologiyasını tərk etməsi Cəmiyyətin Zəburu tərk eməsi ilə üst-üstə düşdü.
Məzmurlar sözsüz ki, Padşahlıq yönümlüdür. Onlar fəth, qələbə və müqəddəslərin hökmranlığı ilə doludur. Onlar daim Allah və İblis arasındakı müharibəni xatırladır, davamlı olaraq bizi pis qüvvələrə qarşı vuruşmağa çağırır və yerin varisi olacağımızı vəd edirlər. Rəbbin Cəmiyyəti Məzmurları oxuyanda – onlardan yalnız bir neçəsini deyil, hərtərəfli, bütün Zəburu oxuyanda – o, güclü, sağlam, coşğulu idi və onun qarşısında heç nə dura biməzdi. Buna görə iblis bizi Zəbur oxumaqdan çəkindirməyə, mirasımızdan məhrum etməyə çalışdı. Hökmranlıq esxatologiyasını geri almaq istəyiriksə, Rəbbin Cəmiyyətini islah etməliyik; və bu islahatın vacib bir məqamı Zəburun oxunmasına qayıtmaq olmalıdır. Zəfər çalan Cəmiyyətlərin tarixi himnlərini dinləyin:
Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar
Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər.
Bütün millətlərin soyları
Onun hüzurunda səcdə qılacaq. (Zəbur 22:27)Çünki şər adamlar kəsilib atılacaq,
Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.
Bir az gözlə, pis yox olacaq,
Yerini axtarsan belə, tapılmayacaq.
Həlimlər yer üzünü mülk olaraq alacaq,
Əmin-amanlığın bolluğundan zövq tapacaq. (Zəbur 37:9-11)Gəlin, görün Rəbbin işlərini,
Dünyada etdiyi viranəliyi.
O, yerin ucqarlarınadək döyüşləri dayandırar,
Kamanları qırar, nizələri sındırar,
Döyüş arabalarını oda atar.
«Dayanın, bilin ki, Mən Allaham,
Millətlər arasında ucayam,
Yer üzündə ucayam!» (Zəbur 46:8-10)Ey bütün xalqlar, əl çalın,
Cuşa gəlib Allaha nida edin!
Haqq-Taala Rəbb necə də zəhmlidir,
Bütün yer üzünün böyük Padşahıdır!
Onun sayəsində xalqlar bizə tabe olub,
O, ümmətləri ayaqlarımızın altına salıb. (Zəbur 47:1-3)Bütün dünya Sənə səcdə edir,
Səni tərənnüm edir,
İsmini tərənnüm edir. (Zəbur 66:4)Dənizdən-dənizə qədər,
Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
Onun qarşısında köçəri xalqlar diz çöksün,
Düşmənləri isə qoy yerə vurulsun.
Tarşişin və adaların padşahları ona xərac gətirsin,
Səba və Seva padşahları ona bəxşiş versin.
Qarşısında bütün padşahlar təzim etsin,
Qoy bütün millətlər ona xidmət etsin! (Zəbur 72:8-11)Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək,
Sənin ismini izzətləndirərək səcdə edəcək. (Zəbur 86:9)Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər,
Çünki ağzından çıxan kəlamları eşidiblər.
Rəbbin yollarını tərənnüm edəcəklər,
Çünki Rəbbin ehtişamı böyükdür. (Zəbur 138:4,5)Bu şərəfə görə qoy möminlər sevinsinlər,
Yataqlarında belə, Onu tərənnüm etsinlər.
Dilləri ilə Allahı ucaltsınlar,
Əllərində ikiağızlı qılınc tutsunlar.
Millətləri qıraraq qisas alsınlar,
Ümmətləri cəzalandırsınlar.
Padşahlarına zəncir vursunlar,
Sərkərdələrini dəmir buxovlara salsınlar.
Onlar üçün yazılan hökmü yerinə yetirsinlər,
Rəbbin bütün möminləri bununla şərəflənsinlər.
Rəbbə həmd edin! (Zəbur 149:5-9)
Bu nəyi dəyişir?
Esxatologiya məsələsi bir əsas məqama diqqət yetirir: Müjdə öz missiyasında uğur qazanacaq, ya yox? Çoxsaylı fərdi fərqlərindən asılı olmayaraq, müxtəlif məğlub düşüncəli məktəblər bir əsas məqamda mütləq razılığa gəlirlər: İsa Məsihin Müjdəsi uğursuz olacaqdır. Məsihçilik dünyadakı vəzifəsində müvəffəq olmayacaq. Məsihin millətləri şagird etmək haqqında Böyük Tapşırığı həyata keçirməyəcəkdir. İblis və Məsih əleyhdarının qüvvələri Məsihin son zamanda xilas olmuşlardan ibarət cır-cındır içində olan kiçik bir dəstəni qurtarmaq üçün B-səviyyəli[3]Avropa və Şimali Amerika ölkələrində 1960-cı illərdən başlayaraq çəkilən az büdcəli filmlər qərb kinolarındakı süvarilər kimi gəlişinədək Rəbbin Cəmiyyətini məğlub edərək və faktiki olaraq onları yer üzündən silərək tarixdə qalib gələcəklər.
Fərq edirmi? Peyğəmbərliyə olan baxışınız həqiqətən həyatınıza təsir edirmi? Düşünürəm ki, artıq bu suala çox cavablar görmüşük. Əsas məsələ sizin gələcəyə münasibətinizlə əlaqəlidir. 1970-ci illərin əvvəllərində həmin dövrün ən populyar “peyğəmbərlik eksperti” ilə müsahibə aparmış “İsanın Xalqı” qəzetini xatırlayıram. İsanın Öz Cəmiyyətini “istənilən zaman” qeyb edəcəyi “həqiqətinə” əsasən bu adam gənc ardıcıllarına ailə qurmamağı və uşaq sahibi olmamağı tövsiyə edirdi. Axı, bu cür şeylər üçün vaxt yox idi. Qeybə çəkilmə yaxınlaşırdı, buna görə də, hökmranlıq üçün görülən heç bir işin faydası olmazdı. (Əgər siz iblis olsaydınız, məsihçilərin Allahın qələbə planından imtina etməsi üçün bundan daha yaxşı, “ruhani səslənən” bir bəhanə tapa bilərdinizmi?) O illərin “Qeyb olma mədəniyyəti” bir çoxlarının məktəbi, işlərini, ailələrini və ümumiyyətlə məsuliyyəti atmasına səbəb oldu; İsanın Xalqı kütləvi şəkildə növbəti məsihçi rok konsertindən başqa heç bir dəqiq məqsədi olmayan, ölkədə məqsədsiz sərgərdan gəzirdi. Onların bir çoxunun oyanmasından illər keçmişdi və bəzən həyatlarını yenidən toplamaq üçün illər tələb olunurdu.
Həqiqət budur ki, cəmiyyətin dəyişə biləcəyinə inanmırsınızsa, onun dəyişməsi üçün çalışmayacaqsınız. Siz Məsihçi sivilizasiyanın mümkün olduğuna inanmırsınızsa, məsihçi mədəniyyəti qurmağa çalışmayacaqsınız. Ordu başçıları kimi müjdəni yayaraq, cinləri qovaraq, bütləri məhv edərək, padşahlıqları imana gətirərək, saysız-hesabsız millətləri Məsihin qarşısında diz çökdürərək bütpərəst Avropanın ən ucqar nöqtələrinə qorxusuz addımlayan erkən missionerlərə cəsarət verən məsihçi imanının qələbəsinə mütləq iman idi. Onlar qazanacaqlarını bilirdilər. Tarixin onların tərəfində olduğuna, iblisin qüvvələrinin hər gün sarsıldığına, onun qeyri-qanuni həbsinin məsihçi qüvvələrinin hər bir irəliyə atdığı addım ilə zəiflədiyinə və geri çəkildiyinə əmin olaraq öz həyatlarını bu mübarizədə qurban verə bilərdilər. Onlar Müjdənin qüdrəti barədə heç də bədbin fikirdə deyildilər. Allah Onun vədlərinə olan imanlarına hörmət etdi və onların bir gün bütün dünyanı bürüyəcək məsihçi dünyasının təməlini qoymasına imkan yaratdı.
Allahın xalqı itaətsizlik edib inamsızlığa düçar olduqda, Rəbbin Cəmiyyəti iblislə olan mübarizədə məğlub olmağa başlayır. Bu, Ümidin səhv olduğuna iddia edir? Əsla; çünki Müqəddəs Kitab cəmiyyətin Ruhani böyüməsinin “avtomatik” deyil, hər bir məsihçinin fərdi Ruhani böyüməsi olduğunu öyrədir. “Bu dünyanı məğlub edən qələbə: imanımızdır” (l Yəhya 5:4). Məsihçi həyatın heç bir sahəsində böyüməni “avtomatik” olaraq qəbul etmir. Bütün böyümə və inkişaf Allahın Ruhunun ən ümdə hədiyyəsidir. Bununla belə, məsihçi “nə olur-olsun, allah kərimdir” söyləmir, yeməyə və çalışmağa davam edir və böyüməyi gözləyir. Biz Allaha etibar etməyərək, dua etməyərək və itaət etməyərək hələ də lütfdə böyüyəcəyimizi ehtimal etmirik. Nə də, şəxsi esxatologiyamıza əsasən məsihçi həyatımızda mütləq məğlubiyyətə “məhkumuq” deyərək itaətsizlik əməlinin bir “trend”i nümayiş etdirdiyini iddia etməməliyik. Bu mədəni təqdis olunmaya da eynilə aiddir. Sivilizasiyada bir növ “təbii” tərəqqiyə inanmırıq. Sivilizasiyamız Allahın xeyir-duası baxımından yüksələcək və ya enəcək və Allahın xeyir-duası Onun bizim əhdə itaətimizə şəxsi və vədə əsaslanan (“avtomatik” deyil) cavabıdır (Qanun. 28).
İsa əmr etdi:
Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. (Matta 5:13-16)
Bu, bütün dünyanın tam sosial dəyişməsi üçün bir tapşırıqdır. İsanın mühakimə etdiyi də elə səmərəsizlik, ətrafımızdakı cəmiyyəti dəyişdirə bilməməyimizdir. Bizə elə yaşamaq əmr olunur ki, bir gün bütün insanlar Allaha həmd etsinlər – məsihçi imanını qəbul etsinlər. Məsələ burasındadır ki, Rəbbin Cəmiyyəti itaət edərsə, dünya xalqları və millətləri Məsihin şagirdi olar. Hamımız bilirik ki, hər kəs məsihçi olmalıdır, bütün millətlərin qanunları və qurumları Müqəddəs Kitabın qaydalarına əməl etməlidirlər. Lakin Müqəddəs Kitab bizə bundan artığını izah edir. Müqəddəs Kitab gələcəyin görünüşünün bu əmrlər olduğunu söyləyir. Biz dünyanı dəyişməliyik, hətta, dəyişdirəcəyik.
(Növbəti fəsil: 2. Peyğəmbərliyi necə oxumalı)
David Çilton, Dominion Press. Horn Lake, MS, ABŞ. © 2007, Sharon North.
Qeyd