I. Müharibələrin mənbəyi
II. Müharibələrin aparılması
III. Müharibələrin sonu
III. MÜHARİBƏLƏRİN SONU
3-cü dərsə hazırlıq
- Mədəniyyətimizdə çox yayılmış fikirləri nəzərə alsaq, zorakılıqdan istifadə hansı vəziyyətlərdə qınanıla bilər? Özünüzə sual verin – zorakılıq haqqında çox yayılmış fikirlər Müqəddəs Kitab nöqteyi-nəzərindən zorakılıq ilə necə müqayisə olunur. Məsihçi ənənəsi sülh tərəfdarları olduğu kimi, həm də müharibə tərəfdarları bu cür baxışlara nə dərəcədə təsir etdi?
- Pasifizmin bildiyiniz müxtəlif növlərinin siyahısını tutun. Onları bir-birindən fərqləndirən əsas məsələlərə diqqət yetirin.
- Xəbərlərdə oxuduğunuz və eşitdiyiniz qədər Birləşmiş Millətlər Təşkilatının həqiqətən tətbiq etdiyi nüfuzu necə xarakterizə edərdiniz?
- Mənəvi nöqteyi-nəzərdən, nə vaxtsa kimin üçünsə səhv hesab edilən bir şey, daha çox insan (bəlkə də əksəriyyət) bu işdə iştirak etmək istədikləri zaman düz bir şeyə çevrilirmi?
- Aşağıdakı kəlamları oxuyun və Məsihin şəxsiyyəti, hakimiyyətinin mahiyyəti və xalqının əməl etdiyi mənəvi ideallar xüsusunda öyrətdiklərini ümumiləşdirin:
Yeşaya 2:2-4 Romalılara 14:17
Yeşaya 9:1-7 Məzmur 34:14
Yeşaya 11:1-10 Efeslilərə 4:3
Məzmur 72 Zəkəriyyə 8:16
Zəkəriyyə 9:9-10 İbranilərə 12:14
Luka 2:14 Qalatiyalılara 5:22
Yəhya 14:27 Yaqub 3:17-18
Matta 5:9
1 və 2-ci hissələrin icmalı: müharibələrin mənbəyi və müharibələrin aparılması
İlk iki bölmədə müharibəyə məsihçi nöqteyi-nəzərindən baxışı öyrənməyə başladıq. Bir azdan Müqəddəs Kitablarımızı açacaraq bəzi hissələrə baxacağıq. Ümid edirəm ki, mənim üçün olduğu qədər sizin üçün də maraqlı olacaqdır. Onları sadəcə oxumaqla belə müharibələrin həqiqətən sona çatacağı günün yaxınlaşdığını bilmək mənim ruhumu həyəcanlandırır.
Biz birinci söhbətimizdə müharibənin mənbəyini nəzərdən keçirdik. Gördük ki, Müqəddəs Kitab müharibələrin və döyüşlərin günahlı və heç nə ilə qane olmayan istək və şəhvətlərdən qaynaqlandığını öyrədir. Bu, müharibənin əsas mənbəyidir. Qabil və Habil məsələsində biz bunu görürük: “birinci dünya müharibəsi” hansısa məntiqi, iqtisadi səbəbdən və ya zəif davranış tərbiyəsi uğrunda aparılmamışdı, bu müharibə sırf günah, xüdbinlik və düşmənçilik üzündən aparılmışdı. Müharibənin mənbəyi günahdır, çünki məhz günahda müharibələr yaranır. Təcavüzkarlar və qəsbkarlar öz istək və niyyətlərində günahlı olduqları üçün mövcuddular.
Bundan əlavə, müharibə günah ilə mübarizə etmək üçündə mövcuddur. Bəzi hallarda müharibə adamların günahlı zorakılığına qarşı zəruri vasitədir. Mən bunun əsasında müdafiə müharibəsinin Allahın nəzərində ədalətli müharibə olduğunu iddia etdim. Bu, o deməkdir ki, qəti pasifizm müharibə xüsusunda düzgün məsihçi mövqeyi ola bilməz. Mən iddia etdim ki, pasifizmdə sevgi yoxdur, qeyri-realdır və Müqəddəs Kitaba uyğun deyil.
Digər tərəfdən, müharibə öz məqsədinə (yəni, biz müharibəni özümüzü müdafiə naminə aparırıq) və aparılma üsuluna görə ədalətli (əgər Allahın razılığı ilə aparılarsa) olmalıdır. Biz Allahın razılıq verdiyi üsulla əxlaqi sərhədlər daxilində vuruşmalıyıq. Zorakılığın tətbiq edilmə dərəcəsi və müstəsna olaraq tətbiq edilməsi ilə mübarizə aparmalıyıq.
Allahın Kəlamı müharibə üçün əxlaqi normaları müəyyənləşdirir və bu standartlara qədim zamanlarda İsrailə verilmiş müqəddəs müharibə ilə bağlı müddəalarda rast gəlmirik, çünki biz seçilmiş xalq, Allahın xüsusi göstərişinə əsasən şər xalqlar üzərində Onun cəzasını tətbiq edən geosiyasi qurum (İsrail kimi) deyilik. Bizə bunu etmək üçün vəhy verilməmişdir. Biz eyni vəziyyətdə deyilik. Amma xalqlara mütləq surətdə və ya ümumi olaraq tətbiq olunan müharibə qanunları vardır. Müharibənin müdaxiləçi deyil, ədalətli müharibə olacağı təqdirdə təbiətən müdafiə məqsədli olacağını gördük, çünki dövlət məmurları öz yurisdiksiyaları məsələsinə hörmət etməlidirlər. Allah onlara öz millətlərindən başqa heç bir millət üzərində mühakimə hüququ vermədi və buna görə də onlar üçün başqa millət naminə və ya onlara hücum etməyən başqa bir millətə qarşı məcburi qılınc qaldırmaq səlahiyyətinin istifadəsi Allah tərəfindən onlara verilən çağırışdan və təyinatdan kənara çıxmaq deməkdır.
Bu, bizi vicdan baxımından hərbi xidmətdən seçimə əsasən etiraz hüququ anlayışına gətirir. Bir Məsihçi müharibənin ədalətsiz və ya ədalətli səbəb olmadan aparıldığını görmək üçün kifayət qədər məlumata malik olduqda, ya da müdaxilə etmək hüququmuzun olmadığı bir müharibə olduqda, məsihçinin buna vicdanlı şəkildə allahsız və əxlaqsız bir şey kimi etiraz etməsi məqsədəuyğundur.
Amma əvvəlki hissənin sonunda sizə xatırlatdım ki, millətin ən ali komandanlığı və bu komandanlıq altında olan orduya mənəvi dəstək arasında fərq qoymalıyıq. Qoşunların nə etməli olduqlarına hakim qüvvələr qərar verdiyinə görə onlar mənəvi məsuliyyət daşımırlar. Hətta siyasi rejim və onun qəbul etdiyi qərarlarla razı olmasaq belə biz ordumuza dəstək ola bilər, onun təhlükəsizliyi və döyüşdəki qələbəsi üçün dua edə bilərik.
Bundan əlavə, mən qeyd etdim ki, ilk əxlaqsız qərar verildikdən sonra, o qərardan sonrakı hər şeyə qarşı çıxmaq lazım olduğunu demək asan bir məsələ deyil. Məsələn, əgər Yaxın Şərqə dair məsələlərə qarışmağımız səhvdirsə, bu o demək deyil ki, prezidentin tövbəsi dərhal qoşunların geri çəkilməsini nəzərdə tutur. Avtomatik olaraq bu baş vermir; bəzi hallarda bu baş verə bilər, ancaq digər hallarda belə olmaya bilər, çünki növbəti əxlaqi suallara cavab verilməlidir. Belə ki, bu suallara qəbul edilmiş ilkin yanlış qərar cavab vermir. Elə indicə ordunun Yaxın Şərqdən çıxarılması baş verərsə, dərhal əsgərlərimizin geri qayıtmasının bu bölgəni ilk gördüyümüzdən daha pis vəziyyətdə qoyacağını deyərdim. Beləliklə, bizə dəxli olmasa belə, ədalətli bir səbəblə girişdən sonra dərhal geri çəkilmək bu ərazini daha pis və daha ədalətsiz vəziyyətə sala bilər.
Bu həmçinin, ölkəmizə düşmən olan digər dünya ölkələrini həyatda qalmaq və ya qələbəyə nail olmaq üçün vuruşmağa davam etməyə iradəmizin olmadığına görə hücuma açıq olduğumuzu düşünməyə vadar edən hərbi zəifliyin və siyasi qətiyyətin olmamasını nümayiş etdiribsə, həmin ölkənin xalqına qarşı dolayı və üstü-örtülü bir təhqir olardı. Əgər əsgərlərimizi geri çəkərək göndərdiyimiz mesaj budursa və bununla da özümüzü hücum qarşısında daha da müdafiəsiz edəriksə, bu ali komandanlıq üçün də əxlaqi mənəvi bir hərəkət olmayacaqdır. Bu, çox mürəkkəb bir məsələdir və bir çoxlarımızı narahat edir. Biz çox sadə “A-B-C” cavablara malik olmaq istərdik, amma Allahın dünyasında və günahkar qarışıqlığımızın mürəkkəbliyində sadə cavablar həmişə mövcud olmaya bilər. Bu da müharibəyə məsihçi baxışının aydın ifadə olunmuş, Müqəddəs Kitaba əsaslanan anlayışını inkişaf etdirmək üçün vaxt ayırmalı olduğumuzun daha bir səbəbidir.
I. Müqəddəs Yazı öyrədir ki, yer üzərində müharibə bitəcək və haqq hökm edəcəkdir
Beləliklə, Müharibənin mənbəyinə və onun necə aparılmalı olduğuna baxandan sonra gəlin müharibələrin sonunu nəzərdən keçirək. Bu səbəblə Yeşaya peyğəmbərdən üç parçanı nəzərdən keçirəcəyik.
2Axır zamanda Rəbbin evi olan dağ
Dağların zirvəsində möhkəm duracaq,
Təpələrdən yuxarı ucalacaq.
Bütün millətlər ona sarı gələcək.
3Çox xalqlar gəlib deyəcək:
“Gəlin Rəbbin dağına,
Yaqubun Allahının evinə qalxaq,
Qoy Rəbb bizə Öz yollarını öyrətsin,
Biz Onun rizləri ilə gedək”.
Siondan Rəbbin təlimi,
Yerusəlimdən Onun kəlamı yayılacaq.
4Millətlər arasında Rəbb hakim olacaq,
Çox xalqlar haqqında qərar çıxaracaq.
Onlar qılınclarından kotan,
Nizələrindən isə dəryaz düzəldəcək.
Millət millətə qarşı qılınc qaldırmayacaq,
Artıq dava etməyi öyrənməyəcək.”
2Zülmətdə yaşayan xalq
Möhtəşəm bir işıq gördü.
Ölüm kölgəsi diyarında məskunlaşanların
Üzərinə nur doğdu.
3Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın,
Əkib-biçənlərin fərəhləndiyi,
Qənimət bölənlərin sevindiyi kimi
Onlar da Sənin hüzurunda sevindilər.
4Çünki onlara yük olan boyunduruğunu,
Çiyinlərini döyən çomağını,
Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən
Midyanlıların başlarına gətirdiyin gün kimi.
5Döyüşdə geyilən çəkmələri,
Qana bulanmış geyimləri yandırılacaq,
Oda yem olacaq.
6Çünki bizim üçün körpə doğuldu,
Bizə oğul verildi,
Hakimiyyət Onun çiyinləri üzərində olacaq,
Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah,
Əbədi Ata, Sülh Hökmdarı olacaq.
7Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq,
O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək,
O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq.
Ordular Rəbbinin qeyrəti bunu edəcək.”
1Yesseyin kötüyündən yeni bir fidan çıxacaq,
Kökündən çıxan bir budaq bar verəcək.
2Rəbbin Ruhu,
Hikmət və anlayış ruhu,
Öyüd-nəsihət və qüdrət ruhu,
Bilik və Rəbb qorxusu ruhu
Onun üzərində olacaq.
3O, Rəbb qorxusunda sevinc tapacaq.
Gözlərinin gördüyü ilə hökm etməyəcək,
qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq.
4Lakin o, yoxsullara haqq ilə hökm edəcək,
Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq.
Dünyanı ağzının dəyənəyi ilə vuracaq.
Pis adamları ağzının nəfəsi ilə öldürəcək.
5O, belini salehliklə qurşayacaq,
Sədaqəti kəmər kimi taxacaq.
6O gün qurdla quzu bir yerdə yaşayacaq,
Bəbirlə çəpiş birgə yatacaq,
Dana, gənc aslan və bəslənmiş mal-qara
Yan-yana duracaq,
Onları balaca uşaq gəzdirəcək.
7İnəklə ayı bir yerdə otlayacaq,
Onların balaları bir yerdə yatacaq,
Şir də buğa tək saman yeyəcək.
8Südəmər körpə əfi ilanın
Yuvası üstündə oynayacaq,
Süddən kəsilmiş uşaq
Əlini gürzənin yuvasına salacaq.
9Müqəddəs dağımın heç bir yerində
Heç kimə zərər dəyməyəcək,
Heç bir kəs o birisini məhv etməyəcək.
Çünki sular dənizi bürüdüyü kimi
Dünya Rəbbin biliyi ilə dolacaq.”
Müharibələr nə vaxtsa bitəcəkmi? Bu gün qarşılaşdığımız bu çətin vəziyyətin artıq övladlarımıza və nəvələrimizə təhlükə yaratmayacağına ümid etmək üçün bir səbəbimiz varmı? Yer üzünün tarixində millətlərin problemlərini həll etmək üçün gücə müraciət etməyəcəyimiz bir vaxt olacaqmı? Doğrunun beynəlxalq səviyyədə hökm edəcəyi və millətlərin bir-birinə qarşı müharibəni dayandıracağı bir vaxt gələcəkmi?
Beləliklə, biz indicə Müqəddəs Yazıdan üç parçanı oxuduq ki, bunların da hər biri suala qəti, birbaşa, aydın şəkildə “bəli!” deyərək cavab verir. Ancaq bu günlərdə məsihçi əhatəsində bu barədə tez-tez eşitmirik. Bu da rüsvayçılıqdır, çünki Allahın tarixdə nəyi etməyi planlaşdırdığını nəzərimizdən qaçırdıqda, tarixin gedişatında öz yolumuzu tapmalı olduğumuzu düşünmək çox asan olur. Ya da bəzən Allahın tarixdə edəcəyi şeylər haqqında yanlış bir düşüncəmiz olduqda – məsələn, O Öz xalqını dünyanın indiyədək gördüyü ən böyük mənəvi çətinliyin içindən qeybə çəkəcək və ya məsələn, Allah Öz xalqını İsrailə dəstək kimi hüquq və beynəlxalq ədalət suallarından asılı olmayaraq ruhani vəzifə kimi xüsusi geosiyasi qurumu qorumaq üçün bəzi insanları çağırdığı zaman Allahın tarixdə gördüyü işlər barədə səhv düşüncələrimiz olduqda, müharibə kimi əxlaqi mövzularda yanlış etik nəticələr çıxarmaq məcburiyyətində qalırıq.
Müqəddəs Kitab bizə müharibənin peyğəmbərlik mübaliğəsi ilə, lakin çox poetik və gözəl bir şəkildə desək sona çatacağı günün həqiqətən gəldiyini söyləyir. Millətlər artıq müharibə etməyi öyrənməyəcək, artıq hərbi silahlara ehtiyac duymayacaqlar. Onlar öz silahlarını Allahın əzəli olaraq yeri fəth etmək üçün insana verdiyi vəzifəsini hökmranlıq etməyə, əkinçilik və konstruktiv müsbət hərəkətlərə çevirəcəklər. Sülh Şahzadəsinin millətlər tərəfindən tanınacağı, Onun qarşısında diz çöküləcəyi, qanunlarını tanıyacaqları və Onun yolları ilə addımlayacaqları və bu səbəblə Onun Özünün bu dünyaya gətirdiyi sülhü nümayiş etdirəcəkləri gün yaxınlaşır.
Gün gələcək ki, müharibələr həqiqətən bitəcək. Allahın Padşahlığı üçün qələbə zamanından bütün millətlərin zövq alacağı və bizim sülhpərvər insanlar və sülhpərvər millətlər kimi səciyyələndiriləcəyimiz vaxt gəlir.
II. Yalançı məsihçilik bu hədəfdən yayındırır
Heç bir xalq güc işlədərək dünyanın polisi və ya xilaskarı olmaq üçün çağırılmır
Gəlin baxaq görək bu necə baş verəcək və biz insanlar arasında beynəlxalq sülhü təmin etmək üzrə səylərə necə yanaşmalı olduğumuza baxaq. Yalançı məsihçilik adlandırdığım şeydən, dünyadakı xalqların həmişə yaratdığı və təəssüf ki, öz millətimiz olan Amerika Birləşmiş Ştatlarını xarakterizə edə bilən yalançı-məsihçi niyyəti haqqında sizi xəbərdar etməklə başlamaq istəyirəm. Bu, dünyadakı sülhün bizim səylərimizdən, bizim düşüncələrimizdən, bizim əxlaqi mühakimələrimizdən və bizim davranış tərzimizdən asılı olduğunu düşündürən yalançı bir məsihçi kompleksidir. Mən düşünürəm ki, bizim millətimiz də daxil olmaqla hər bir millətin dünyada sülhün qurulması üçün güc və hərbi üstünlük vasitələrindən istifadə etməklə beynəlxalq polis, məzlum xalqların xilaskarı kimi davranaraq Allah rolunu oynamağa çalışması, bir xalq üçün əxlaqa ziddir və axmaqlıqdır. Allahın bizə müdaxilə etmək hüququ vermədiyi yerdə dünyanın polisi rolunu oynamaq və müdaxilə etmək əxlaqsızlıqdır və haqq və salehlik məsələlərinə müraciət etmək əvəzinə onları xilas və azad etməyə çalışmaqla məzlum xalqların xilaskarı olmağa çalışmaq axmaqlıqdır.
Müdaxilənin mənasızlığı və əxlaqsızlığı
Birləşmiş Ştatların Vyetnamdakı iştirakına və müdaxiləsinə baxanda biz bu axmaqlığı və əxlaqsızlığı görə bilərik. Bizim müdaxiləmiz və səylərimiz minlərlə həyat bahasına, milyonlarla dollar bahasına başa gəldi və təəssüf ki, həyat və mal itkisi buna dəyməzdi. Görürsünüzmü, biz özgənin işinə qarışdıq və vəziyyəti yaxşılaşdırmadıq; daha da pisləşdirdik və məğlub olduq! Dünyanın polisi rolunu oynamaq səyimiz boşa çıxdı. Eyni əxlaqsızlığı və axmaqlığı Küveytə hazırkı müdaxiləmizdə də görürük. “Bağdad qəssabı” nə qədər pis olsa da, Allah bizi dünyanın polisi etməyib; Allah hər şeyi düzəltmək naminə öldürməyə, pul israf etməyə və əmlakı mənimsəməyə bizə icazə verməyib – bu bizim yurisdiksiyamız altında deyil.
Növbəti sualı nəzərdən keçirərək bu axmaqlığı görə bilərik: hətta əgər hərbi qarşıdurmada qalib gəlsək də (hazırda görünən bütün cəhətlərə görə belə də olacaq), Küveytdən qoşunlarımızı geri çağırdıqdan və hamımız evə gəldikdən sonra bu bölgədə sülhün bərqərar olacağını gözləyirikmi? Ərəblərin ərəblərə və ərəblərin yəhudilərə qarşı düşmənçiliyi ilə xarakterizə olunan bu bölgə biz gedəndə daha dinc olacaqmı? Qoşunlarımızı Küveyt adlı çox kiçik bir ərazidən çəkərək bərqərar etdiyimiz sülh vəziyyətə nəzarət etmək üçün burada olmadığımız zaman olduğu kimi davam edəcəkmi? Əgər bu mümkündürsə, onda biz nə üçün buna baş qoşduq? Məsələ burasındadır ki, bu əraziyə uğurla nəzarət etmək mümkün deyil.
Beləliklə, millətlər arasında, xüsusən də ABŞ kimi yaxşı niyyətli millətlər arasında yalançı bir məsihçi kompleksinə meyllilik olduğunu deyərdim. Əgər Allah Öz hikməti ilə başqa bir millətə kömək etmək üçün zorakılıq tətbiq etməyə əxlaqi cəhətdən səlahiyyət verməyibsə, dövlət məmuru bunu etmək üçün vətəndaşlarını qanuni haqqı olmayanı yerinə yetirməyə məcbur edərək səlahiyyəti mənimsəyə bilməz. Dövlət məmuru vətəndaşları digər xalq naminə həyat və ölüm mübarizəsinə məcbur edərək yalnız Allahın sahib olduğu səlahiyyəti mənimsəyəndə, həmin dövlət məmuru xalqların yalançı xilaskarı, yalançı məsihə çevrilir. Əlbəttə ki, xoş niyyətlər bu (yalançı) məsih olmaq üçün sınağa qarşı durmağı çox çətinləşdirir. Daha əvvəl də gördüyümüz kimi, hərbi əməliyyat həqiqətən ədalətli bir səbəbə malik ola bilər – baş verənlərin arxasında çox pis bir insan və ya bir qrup insan, yaxud pis rejim dayana bilər, bu halda onlara qarşı hərbi əməliyyat ədalətlidir – ancaq bu, ədalətli məqsədə çatmaq üçün istənilən vasitənin haqlı olduğu anlamına gəlmir.
Axı, biz məsihçi etikasında məqsədin tətbiq edilən vasitələrə bəraət qazandırdığını demirik. Hətta əgər məqsəd ədalətli və yaxşı olsa belə, bu məqsədə çatmaq üçün istənilən vasitə uyğun deyil. Çox güman ki, bu müəyyən camaat üçün az puldansa daha çox pulun olması, bir tikinti layihəsi üçün ödəmək və ya pastorun maaşını artırmaq, ya da başqa birisini heyətə cəlb etmək, daha çox vəsait almaq və ya santexnika qurğusunu düzəltmək daha yaxşıdır. Bu camaat daha çox pulla çox yaxşı şeylər edə bilər. Ancaq bunu etməyin yaxşı və ədalətli ola biləcəyi faktı deyiləni həyata keçirmək üçün gedib bir bankı soymaq səlahiyyətimizin olduğu mənasına gəlmir. Hətta məqsəd özü-özlüyündə yaxşı olsa belə, məqsədə çatmaq üçün mövcud vasitələrin hamısı ədalətli deyil.
Bəlkə də sizin ən yaxın qonşunuz pis söz danışdığına və ya hakimiyyətə tabe olmaq istəmədiyinə və s. görə öz oğlunu tənbeh etməlidir. Uşaq öz ata-anasına hörmət etməyəndə və onlara tabe olmayanda, onun tərbiyəni öyrənməsi və Müqəddəs Kitab üsulu ilə müvafiq şəkildə cəzalandırılması yaxşı bir şeydir. Ancaq həmin oğulun tənbeh edilməsinin yaxşı olması faktı o demək deyil ki, onu tənbeh etmək sizin işinizdir! Biz başa düşürük ki, heç də bu dünyada edilə biləcək hər şey yaxşı iş, bununla məşğul olmayan adamlar tərəfindən edilməməlidir. Bir məqsədin xeyirxahlığı ona nail olmaq üçün vasitələrin düzgünlüyünü müəyyənləşdirmir.
Birləşmiş Millətlər müdaxiləyə bəraət qazandıra bilməz
İndi bizə aid olmayan müharibələrə və döyüşlərə girmək üçün, hətta yaxşı bir məqsədlə – məzlum millətləri qaldırmaq və onları bu zülmdən qurtarmaq üçün bu saxta məsihçi kompleksinə baxdığımızda ortaya sual çıxa bilər: “Bəs Birləşmiş Millətlər Təşkilatı necə? Birləşmiş Millətlər Təşkilatı və onun mühakimələri və qiymətləndirmələri, Birləşmiş Ştatların məhz bu vəziyyətdə Küveytə müdaxiləsinə haqq qazandırırmı? Birləşmiş Millətlər Təşkilatına müdaxilə edən dövlətlərin rəhbərliyi altında fəaliyyət göstərən bir növ beynəlxalq məhkəmə kimi baxa bilərikmi? Birləşmiş Millətlər Təşkilatı haqqında bu düşüncə zəncirinə düşməməyiniz üçün yadda saxlamalı olduğunuz dörd məqamı qeyd etmək istərdim.
Birincisi, Birləşmiş Millətlər Təşkilatı hansısa qanuni yurisdiksiyaya və ya öz qərarlarının icrası üçün səlahiyyətə malik deyildir. Allah Birləşmiş Millətlər Təşkilatını millətlərin onun əmrinə tabe olması üçün meydana çıxarmamışdır. Əgər Birləşmiş Millətlər Təşkilatı ayrı-ayrı ölkələrin birliyi kimi Səddam Hüseynin Küveytə soxulmasını pisləyirsə və bununla da ABŞ da daxil olmaqla hər hansı bir dövlətə Səddam Hüseyinə qarşı mühakiməyə daxil olmaq və onu icra etməyə səlahiyyət verirsə, onda biz belə bir sual verməliyik: Birləşmiş Millətlər Təşkilatı bu cür fəaliyyətə icazə vermək hüququna malikdirmi? Yaxşı, bəs BMT-nı kimlər təşkil edir? Dünyanın müxtəlif xalqları. Beləliklə, sıra ilə başlayaq. Almaniyadan başlayaq. Əgər Almaniya ABŞ-ın müdaxiləsini normal hesab edirsə, məgər bu, normaldırmı? Xeyr. Çünki Almaniya nə Küveyt, nə də bizim üzərimizdə yurisdiksiyaya malik deyil! Bəs Fransa necə? Bəs əgər Fransa müdaxilənin normal olacağına qərar verərsə, bunu mənəvi nöqteyi-nəzərdən qanuni edərdimi? Xeyr. Bəs Argentina? Bəs Argentina belə etsəydi necə olardı? Bəs … necə, … necə, …. necə? Nə demək istədiyimi görürsünüzmü? Məsələ bundadır ki, əgər Fransa, Almaniya və Argentinanın ayrı-ayrılıqda bunu etməyə səlahiyyətləri yoxdursa, onda nə üçün onlar hamısı kollektiv şəkildə bu səlahiyyətə malik olsunlar?
Gəlin sizin qonşunun ailə işlərinə qarışmağınız, müdaxilə etməyiniz, daxil olmağınız misalına qayıdaq. Əgər qonşunun evinə girməyə və anasına cavab qaytaran oğlu tənbeh etməyə səlahiyyətim yoxdursa və sizin bu evə girməyə və bunu etməyə və ya mənim bunu etməyimə göstəriş vermənizə ixtiyarınız yoxdursa, küçənin aşağısında yaşayan o biri qonşunun da buna səlahiyyəti yoxdursa, onda əgər üçümüz də bir yerə toplaşsaq, səlahiyyəti ümumi şəkildə mənimsəyərək evə daxil olub itaətsiz oğlu tənbehləyə bilərikmi? Şübhəsiz ki, belə edə bilmərik. Əgər fərdi şəkildə bunu etməyə Allahdan gələn hüququmuz yoxdursa, hüququ olmayan bir sıra digər adamları da bir araya gətirib bu məsələ üzrə səs verərək bunu əldə etmirik.
İkincisi, Birləşmiş Millətlər Təşkilatına gəlincə, yadda saxlamalısınız ki, Birləşmiş Millətlər Təşkilatına yalnız (ehtimal ki, bütün ölkələr tərəfindən, xüsusən də ABŞ tərəfindən) qeyri-səmimi şəkildə ehtiram edilir. BMT Panamaya müdaxiləmizi qınadı, BMT-yə məhəl qoymadıq və dedik: “Qəlizdi! Bunun doğru olduğunu düşünürük; biz onsuz da bunu edəcəyik!” İndi BMT Küveytə müdaxiləmizə icazə verdi və biz riyakarlıqla bəyan edirik: “BMT buna icazə verdi, ona görə də hər şey qaydasındadır”. Yaxşı, bu nədir? BMT bizi qınayanda həqiqətənmi biz qınanırıq və ya BMT bizi dəstəkləyəndə hər şey öz qaydasındadır? Bizdə hər iki variant ola bilməz. Bu da BMT-nin əslində bizim bir millət olaraq tabe olduğumuz və ya digər millətlərin tabe olduğu tanınmış bir səlahiyyət olmadığını göstərir. BMT qərarlarını və öz mətbuatını manipulyasiya edə bilən istənilən kəs üçün ən yaxşı halda ictimaiyyətlə əlaqələr vasitəsidir.
Üçüncüsü, Allahın xalqı olaraq, yadda saxlamalıyıq ki, BMT Allahın Kəlamına əsaslanmayan qanunlar çıxarır və hökmlər verir. Onlar doğru və yanlışın düzgün və ümumi standartları hesab etdiyimizə əsaslanmırlar. BMT hökmlər verir, lakin bunlar Allahın Sözünə və Qanununa deyil, xalqların hesab etdiyi bitərəf, plüralist, humanist konsensusa əsaslanır.
Bu, dünən axşam mənə yazılı şəkildə verilən maraqlı bir suala gətirir: “Səsvermənin 51%-i haqq deyil, güc formasınamı səs verir?” Cavab birmənalıdır! Səslərin çoxu nəyisə etmək üçün güc, səlahiyyət və qabiliyyət verə bilər, amma səslərin çoxluğu haqqı bərqərar etmir! Bildiyim qədər, bu gün xalqımızda olan insanların çoxu deyirdi ki, bəzi hallarda könüllü abort etmək məqbuldur. Bu, onu əxlaqi cəhətdən düzgün etməzdi. Amma aydındır ki, doğru və yanlış və insanları siyasi cəhətdən necə idarə etmək standartı və insanları siyasi olaraq necə idarə etmə məsələsi arasında bir fərq var. Bir-biri ilə fikir ayrılığı olan bir qrup insanın idarə edilməsinə gəldikdə, çoxluğun rəyinə riayət etməliyik. Azlıqların çoxluğa zülm etməsinə icazə vermək mənasız olar. Belə ki, vəzifələr üçün təmsilçilərə səs verməyə gələndə mən “majoritar” oluram. Ancaq hüquqi şəxs olaraq qərarların verilməsi üçün 51% yanaşmanı dəstəkləmək, bir etik mütəfəkkir olaraq səslərin 51%-nin doğru və yanlış olaraq müəyyən edilməsi demək deyil. Dünya xalqlarının 51%-ni belə hətta humanist, plüralist, guya bitərəf bir şəkildə mühakimə olunan millətlərdən razılıqlarını alsaq belə, doğru və yanlışı müəyyən etmirik. BMT səhv standartlardan və səhv hədəflərdən istifadə edir. BMT beynəlxalq sülhə nail olmaq üçün vahid dünya hökumətinin xəyallarına malikdir.
Məsihçilərin BMT-ni Babil Qülləsinin saxta ideologiyasına qayıtmağı necə qınadığını tez-tez eşidirəm və onlar əsasən haqlıdırlar! BMT Allahın insanlar arasına bəxş etdiyi Ali Padşahı şərəfləndirməyəcəkdir, çünki onlar Sion dağında, Allahın müqəddəs taxtında yerləşdirdiyi Padşah qarşısında diz çökməyəcəklər. Məzmur 2-də deyildiyi kimi, Rəbbə və Onun Məsh olunmuşuna qarşı üsyan qaldırarkən, Allah onlara istehza ilə güləcək və onları çilik-çilik edəcək! Allahın vahid dünya hökumətinə nail olmaq və Sülh Şahzadəsi olmadan sülh qurmaq kimi guya neytral humanist və plüralist hədəflərinə malik BMT-dən xoşu gəlmir. Yenə də, digər tərəfdən, vahid dünya hökumətinin beynəlxalq sülhə gətirilməsi arzusu doğru hədəfdir. BMT-nin bunun üçün yanlış əsasları var, amma bu düzgün hədəfdir. BMT həqiqi Xilaskarı kənarda qoyan başqa bir yalançı məsihə çevrilmişdir; İsanı kənarlaşdırmağa və Onu bütün millətlər üzərində Padşah olaraq qəbul etməməyə çalışır. Lakin sonra isə İsanın insanlar arasında barışıq və millətlər arasında sülhə nail olmaq işini yerinə yetirmək istəyir.
Beləliklə, mən yalançı Məsih kompleksinə qarşı diqqətli olmağımızı təklif etməklə başlamışam. İstər Allahın buna haqq vermədiyi təqdirdə bu millətin müdaxiləsi olsun, istərsə də, Birləşmiş Millətlər Təşkilatı olsun – dünyanın bütün yalançı Məsihçiləri əksəriyyətin rəyinə səs vermək üçün bir araya gəlir – amma bu yenə də doğru və yanlışı müəyyən etmir.
III. Pasifist idealın məqbulluğu
Pasifist səhvlərə qarşı həddindən artıq emosional reaksiyanın islahı
İkincisi (və bu elə səslənə bilər ki, sanki mən sürəti əqlən dəyişirəm və əks istiqamətdə gedirəm), pasifizmin lehinə bir şey söyləmək istərdim. Bu, necə ola bilər? Axı, birinci hissədə sizə dedim ki, pasifizm Müqəddəs Kitaba uyğun deyil, onda məhəbbət yoxdur və real deyil! İstənilən halda müharibənin mahiyyət etibarilə əxlaqsız olduğunu və heç bir şəraitdə müharibənin aparılmamalı və məsihçinin müharibədə iştirak etməli olmadığını iddia edən qəti bir pasifizmdən bəhs etdiyimiz zaman bunların hamısı doğrudur. Mən hesab edirəm ki, bu, Müqəddəs Kitaba uyğun deyil. Bunu söyləyərək, qorxuram ki, teoloji və ictimai-siyasi baxımdan mühafizəkar bir çoxlarımız, qəti pasifizmin yanlış olduğunu görərək pasifistlərin düzgün mesajını eşitməyəcəyik.
Pasifizmdə qəbul etməli olduğumuz və nail olmağa çalışarkən öndə getməli olduğumuz şeylər var. İsa deyir ki, bir adam sənin yanına gəlib sağ yanağına vurarsa, sən o biri yanağını ona çevirməlisən. Çoxlarınız pasifistlərin bundan tamamilə yanlış istifadə etdiklərini, bu kəlamı səhv şərh etdiklərini, məntiqsiz olaraq insanlar arası etikanı beynəlxalq etik normalara tətbiq etməyə çalışdıqlarını və s. eşitmisiniz. Bir çoxlarımız bu mövqe üzrə pasifistə verilməli olan cavabı bilirik, amma öz təcrübəmdən gördüm ki, pasifistin bir kəlamla bağlı səhvə yol verdiyini görəndə, sadəcə kəlamı bir kənara qoyuruq və kəlamın dediyinə qulaq asmırıq! Bəs bu parçada nə deyilir? O bizə sülhməramlı olmalı olduğumuzu söyləyir, elə deyilmi? Kəlam bizə fədakar və pisliyə dözməyə hazır olduğumuzu, alçaldılsaq belə, münaqişədən uzaq olmaq üçün əlimizdən gələni etməli olduğumuzu söyləyir. Düşünmürəm ki, bu kəlam ölüm-qalım şəraitində özümüzü müdafiə edə bilməyəcəyimiz deməkdir, düşünürəm ki, bu bizim mənəvi haqqımız və məsuliyyətimizdir. Ancaq onu da bilirəm ki, əksər insanlar dürüstlüklərini və şərəflərini qorumağa çalışmaqla kiminsə həyatını müdafiə etmək arasındakı incə xətt haqqında düşünmək istəmirlər.
Bu kəlama pasifist yanaşmanı rədd edərək, bu kəlamda öyrədilən çox ciddi prinsipə uyğun olaraq yaşamalı olduğumuzu düşünmürük. Eyni ilə, beynəlxalq etika baxımından qorxuram ki, məsihçilər qəti bir pasifist mövqeyini rədd etdikdə, sülh və barışıq barədə bütün düşüncələri kənara qoyuruq və özümüzdən ciddi şəkildə soruşa bilmirik: “Allah bunlarla nə etməyimizi istəyir və onların altında necə yaşaya bilərik?” Mən demək istəyirəm ki, pasifist ideal həqiqətən Müqəddəs Kitab idealıdır – sülh idealıdır.
Sülhməramlı olmağa Müqəddəs Kitab çağrışı
Bu axşam dünyaya Müqəddəs Kitab yanaşmasına lazımi dərəcədə baxmağa vaxtımız olmasa da, gəlin, Müqəddəs Kitabın öyrətdiyi müəyyən şeylərə nəzər salaq. Yeşaya 9-a görə İsanın Sülh Şahzadəsi olaraq gəldiyini unutmayın. Xalqların artıq bir-biri ilə döyüşməməsini təmin edəcək olan Odur. İsa, indiyə qədər verdiyi ən məşhur vəzdə – Dağüstü Vəzində və bu vəzdə bizə sülh tərəfdarlarının Allahın oğulları olduğunu çox açıq şəkildə söyləyir. Güman edilir ki, əgər biz sülhməramlı deyiliksə, deməli, ailəvi surətdə Allah ilə heç bir əlaqəmiz yoxdur! İsa dünyaya gələndə mələklər yer üzündə sülhü elan etdilər. İsa çarmıxa çəkildiyi həmin həftə son dəfə Yerusəlimə girəndə Allahın Məsihi döyüş heyvanı üzərində deyil, təvazökar bir yük heyvanı üzərində göndərərək millətlərə sülh gətirəcəyinə dair Zəkəriyyənin peyğəmbərliyini yerinə yetirdiyini xatırlayırıq. İsa Öz həyatını verdi ki, biz Allahla və bir-birimizlə sülhə malik ola bilək. Romalılara Məktub 14-də Paul bizə deyir ki, Müqəddəs Ruhda salehlik, sevinc və sülh içində olduğumuz Allahın Padşahlığıdır. Qalatiyalılara Məktub 5-ci fəsildə Paul bizə deyir ki, Ruhun bəhrəsi – bizim aramızda məhəbbət, sevinc və sülh görməkdir. Sülhməramlılar olaraq biz xeyir-dualı olmalıyıq, çünki biz sülh yaradan sülh Padşahının ardınca gedirik və Müqəddəs Kitab vəd edir ki, O, günlərin bir günündə yerdə sülh padşahlığını quracaq. Mən bu haqda, həqiqətən, çox danışmaq istərdim və mən nə vaxtsa “Sülh teologiyası” adı altında sistematik dini nəzəriyyəni yazmaq haqqında düşünürəm, çünki Müqəddəs Kitabda bu sülh anlayışı ətrafında teoloji mövzuları birləşdirən çox şey var.
Yadlaşma üzərində sülh üstünlüyü
Gəlin cari mövzu əsasında bir sual verək: “Biz məsihçilərin Sülh Şahzadəsinin ardınca getməsi və sülhməramlı olması nə deməkdir? İsanın dünyaya sülh gətirmək niyyətində olması nə deməkdir? Deməli, biz müharibə fitvaçıları olacağıq? Xalqımızın müharibəyə getməsini təbii və normal hesab etməliyikmi? Yoxsa pasifistlər kimi haqlı olaraq narahat olmalıyıq? Yoxsa müharibənin həmişə ruhani uğursuzluq əlaməti olduğuna görə narahat olmalıyıq? Hətta ədalətli və haqlı olsalar belə müharibələrə sevinclə qoşulmaq əvəzinə biz müharibələrin qarşısını almaq üçün nə etməliyik? Çünki Allahın xalqının məqsədi bu müharibələrin yalnız ədalətli olduğu təqdirdə aparılması deyil, amma ümumiyyətlə müharibənin aparılmamasıdır!
Beləliklə, indi sülhə çatmaq üçün beş addımı nəzərdən keçirək ki, bu da bizim düzgün pasifist hədəfimiz olmalıdır. Sülhü müharibədən üstün tutmaq və sülh yolunu münaqişə yolundan üstün tutmaq baxımından pasifist olmalıyıq. Biz dünyada ədavət deyil, barışıq axtarırıq. Beynəlxalq sülhə doğru yol necə olmalıdır?
IV. Sülhə doğru yol
Silahdan daha vacib olan Kəlam
Sülhə doğru yol haqqında birinci sual – silah, yoxsa müjdə? Bizim marağımız – silahlar və silahların, artilleriyanın, orduların və qoşunların ixrac edilməsidir, yoxsa bizim marağımız – müjdənin ixrac edilməsindədir? Bu silsilənin birinci hissəsində mən bəyan etdim ki, müharibələrin mənbəyi insanın günahkar, eqoist ehtiraslarıdır. Buna görə də, müharibələrin bitməsi üçün biz insanın daxili günahlı problemini həll etməliyik. Hətta əgər bəzən müharibə tələb olunsa da, gücə müraciət etməklə müharibə bitməyəcəkdir. Güc də ədalət naminə gücə qarşılıq verməlidir. Amma müharibə belə bitməyəcək. Əlinə qılınc alanların hamısı qılıncdan öləcək. Müharibənin mənbəyi insanın günahı, dünyada məmnun qalmaması, Allah ilə düşmənçiliyi və bu səbəbdən yoldaşlarına qarşı ziddiyyətin olmasıdır. Bu günahkar müharibənin mənbəyi aradan qaldırılana qədər müharibə davam edəcəkdir.
Yadda saxlayın ki, Müqəddəs Kitabda barəsində danışılan xilas bəhrəsi olan sülh – Allah ilə sülh və bir-birləri ilə sülh – xilas mənbəyi olmadan burada və ya başqa bir yerdə (Vyetnam, Küveyt və ya digər yerlər daxil olmaqla) əldə edilə bilməz. Sülh Şahzadəsi olmadan beynəlxalq sülhə malik ola bilmərik. Çarmıx işi ilə sülhü Quran olmadan insanlar və millətlər arasında sülhü görə bilmərik. Beləliklə, biz sual verməliyik ki, Allahın xalqı olaraq sülh yolu ilə gedəcəyiksə, biz bunu silah, yoxsa Müjdə ilə etməliyik?
Müjdənin təbliği, tövbə və Xilaskar İsa Məsihə iman, Allahın Kəlamından irəli gələn bütün tövsiyələrin təbliği və müqəddəslik tərbiyəsi, həm millətlər, həm də həmin millətlərdən olan fərdlər üçün də sülh yolu olacaqdır. Allaha istehza edilməz. Unutmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək. Əgər biz hərbi güc əkiriksə, onun bəhrələrini biçəcəyik. Qılınc götürərək döyüşkən bir xalq olmağa davam edəcəyik və qılıncdan da öləcəyik. Son nəticədə sülh biçməyin yeganə yolu – bu, sülhü əkməkdir. Beləliklə, bir millət olaraq siyasi və hərbi gücü ixrac edəcəyikmi və beləliklə, daim müharibə aparacağıq? Yoxsa biz Müjdədə İsa Məsih haqqında yer alan həqiqət və salehlik haqqında xəbəri yayacağıq? Məsih Müjdəsinin vəzi və Onun dünyanı dəyişdirən satınalması – dünyada sülhü qurmağın yeganə ümididir.
Buna görə, Allahın xalqı olaraq özümüzə deməliyik: “Əgər biz həqiqətən də sülh marağındayıqsa, bəşəriyyətin probleminin məğzinə toxunacaq və beləliklə, millətlərə müharibə silahlarını kənara qoymağı öyrədəcək uzunmüddətli baxışı olan missionerlər göndərməliyik”. Yoxsa sadəcə problemin özü deyil, yalnız problemin əlamətlərini aradan qaldıran bir yanaşma olaraq qısa müddətli qoşunların göndərilməsindən məmnunuq? Bunu ritorik və açıq şəkildə ifadə etdiyimi bilirəm, ancaq həm fərdi, həm də kollektiv olaraq ürəklərinizi araşdırmağınızı istəyirəm. Dünyada sülhə nail olmaq üçün strategiyamız nədir? Millətləri barışdırmaq və yer üzünə sülh gətirmək istəyiriksə, məsihçi missiyalarına ehtiyac olduğunu düşündükmü? Bu sadiq olduğumuz və davamlı olaraq əməl etdiyimiz uzunmüddətli strategiyamızdırmı? Yoxsa yalnız dünyanın hər hansı bir yerində müharibə tamaşasının başladığını gördükdə belə şeylər haqda narahat olub Müjdənin təbliğini görmək istəyirik?
Mən ikinci hissədə bəyan etdim ki, biz müqəddəs müharibəyə İsrail kimi iştirak etmirik. Biz Öz qisasını hərbi yol ilə həyata keçirmək üçün qurum olaraq Allah tərəfindən satın alınmış seçilmiş xalq deyilik. Lakin Məsihin xalqının və Onun Padşahlığının, İsa Məsihin beynəlxalq cəmiyyətinin hətta indiki dövrümüzdə belə bir “müqəddəs müharibə”də, səlib yürüşündə iştirakının bir yolu var. Müqəddəs Kitab bu haqda Efeslilərə 6:12-də deyir: “Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır. Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz”. Deməli, Paul tərəfindən verilmiş, bizə yaxşı məlum olan məsihçi əsgərinin təsviri vardır. Məsihçi əsgəri! Allah bizi mübarizəyə çağırdı. O deyir ki, mübarizə ruhani xarakter daşıyır və siz bunun üçün zirehlənməlisiniz.
2 Korinflilərə 10:3-5-də Paul deyir: “Çünki cismən həyat sürsək də, cismani təbiətə görə döyüş aparmırıq. Ona görə ki döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır. Nəzəriyyələri, Allah barədə biliyə qarşı çıxan hər bir səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk”. Mübarizəmizin silahları dünyəvi silahlar deyil! Bunlar, qılınc və kaman, tank və bazuka[1]bazuka – Tank əleyhinə silah. deyillər. Döyüşümüzün silahları ruhani silahlardır və bu səbəbdən də bunlar hər bir düşüncə Ona xidmətin əsiri olsun deyə insan ürəklərini dəyişmək və onları Padşah, Rəbb İsa Məsih qarşısında diz çökmək və Ona tabe olmağa gətirib çıxaran tapşırığı yerinə yetirmək üçün Allah qarşısında güclüdür. Biz bu cür müharibədə iştirak edirik.
Təəssüf ki bir çoxlarımız, dünyadakı Amerikalı məsihçilər və müjdəçi imanlılar çox tənbəldirlər. Biz müharibəyə köklənməmişik. Biz döyüşü davam etdirməyi və qalib gəlməyi istəyən yaxşı əsgərlər deyilik. Biz bu döyüş naminə fədakarlıq etməyə hazır deyilik. Bu, bir tərəfdən çox sadə təlimdir, digər tərəfdən də çox dərindir. Əgər siz yer üzərində sülhməramlı olmaq istəyirsinizsə, missiyaları davamlı və uğurlu edin. Missionerləri – Allahın Kəlamını bilənləri və Müjdəni onun paklığı və dolğunluğu ilə vəz edənləri dəstəkləyin, çünki yalnız missionerlər bizimlə sülh içində olmaları üçün nəticə etibarı ilə xarici ölkələrin dünyaya baxışını və sosial quruluşunu dəyişdirə bilər. Beləliklə, beynəlxalq sülh yolunda edəcəyimiz birinci şey diqqətimizi silahlara deyil, Müjdəyə yönəltməyimiz və onu yaymağımızdır.
Hüquq standartlarının elan edilməsi və nümayişi
İkincisi, gücün yoxsa hüququn bütün dünyaya sülhü gətirəcəyinə dair suala qayıtmaq lazımdır. İsa Məsihə iman edənlər Allah Qanununun ən ali, dəyişməz standartını elan və təcəssüm etdirməlidirlər, çünki bu, bizə nəyin doğru olduğunu göstərən və mübahisələrimizi həll edən universal bir əxlaqi mütləqdir. Əgər biz beynəlxalq sülhün bərqərar olmasını görmək istəyiriksə, beynəlxalq hüququn bunun qurulmasına kömək edəcəyini də görməliyik. Fikir verin ki, mən qanun haqqında danışmazdan əvvəl Müjdədən bəhs etdim və bu, çox məqsədyönlüdür. Çünki əgər siz yalnız qanunu elan edirsinizsə, insanların qəlbini dəyişdirəcək və ya onları itaətkar edəcək heç bir şey etməmisiniz . Müjdə – birinci məqsəddir. Amma Müjdə ilə birlikdə yalnız bizi günahlarımız da təqsirləndirmək üçün deyil, həm də iman etmiş günahkarlar olaraq indi necə yaşamalı olduğumuzu göstərmək üçün Allahın əxlaq normalarının təbliği gəlir. Universal mütləq etikanı dəstəkləməyən məsihçilər dünyada müşahidə etdiyimiz müharibələrdə müəyyən mənada günahkardırlar, çünki sülh üçün lazım olan nöqteyi-nəzəri dəstəkləmirlər. Əgər doğru və yanlışın müəyyən edilmiş və universal bir standartı mövcud deyilsə, sülh ola bilməz, çünki onda hərə öz gözündə doğru görünən işi edir. Beləliklə, insanlar doğruya deyil, zorakılığa müraciət edərək problemlərini həll edəcəklər.
Yalnız ədalətli müharibələrin aparılması üçün universal öhdəlik
Üçüncüsü, Müjdəni izləyənlər və onu yaymaq istəyənlər və Allahın qanununun universal mütləq standartının tərəfdarları olaraq, biz mənim ədalətli müharibə nəzəriyyəsi adlandırdığım məvhuma sadiq olmalıyıq. Biz müharibə və hərbi əməliyyatlara yalnız ədalətli olduğu halda sadiq olmalıyıq. Bu haqda düşünün. Əgər bütün millətlər yalnız müdafiə müharibələri olan ədalətli müharibələrdə iştirak etmək siyasətini tətbiq etsəydilər, onda müharibə avtomatik olaraq sona çatardı. Bu, sadə, amma dərin fikirdir. Əgər öz ictimai-siyasi ali hakimiyyətlərində xalqlara Allahın Qanununa hörmət etməyi öyrətsəydilər, müharibə qurtarardı. (Sözün düzü, sadəcə öyrədilməklə deyil, onlar həmçinin ona itaət etməlidilər.) Əgər Allahın qanunu millətləri idarə etsəydi, millətlər bir-biri ilə müharibə etməzdi, çünki Allah onlara bunu etmək hüququ verməyib.
Məzlum xalqlara necə hərbi yardım göstərilə bilər
Dördüncüsü, biz daha zəif ölkələrə necə hərbi yardım etməyi, yer üzündəki məzlumlara necə kömək etməyi öyrənməliyik. Bu, sizi təəccübləndirə bilər, çünki əvvəlki hissələrdə Allah tərəfindən verilmiş heç bir yurisdiksiyamızın olmadığı digər ölkələrin işlərinə hərbi yolla müdaxilə etməyimizin səhv olduğunu qətiyyətlə bildirmişdim. Ancaq gəlin məsihçilik nöqteyi-nəzərindən daha güclü millətin zəif bir millətə sülhə nail olmasında və təcavüzkardan qorunmasında necə kömək edə biləcəyini düşünək. Mən qəti şəkildə əminəm ki, müharibə xüsusunda məsihçi idealı – mənim qınadığım nə beynəlmiləlçilik, nə də (görünə bilər ki mənim dəstəklədiyim) təcridçilik deyil. Bir millət, xüsusilə də bu ölkədəki Məsihçilər olaraq, təcridçilik etikasını qəbul etməyimizi dəstəkləmirəm, lakin, hərbi baxımdan, sadəcə bu o demək deyil ki, bir səbəb ədalətli olduğu üçün müdaxilə etmək hüququmuz var. Müdaxilə etmək üçün haqqımız da olmalıdır.
Bu, bizi belə bir sual verməyə vadar edir: “Başqa bir ölkənin işlərinə müdaxilə etmək hüququnu necə əldə edərik?” Əgər kiçik bir millət böyük, allahsız bir millət tərəfindən təcavüzə məruz qalırsa, xeyirxah bir məsihçi milləti olaraq, bu vəziyyətdə kömək etmək üçün nə edə bilərik? Bəzi adamlar deyirlər ki, bizim belə bir ölkə ilə qarşılıqlı müdafiə üçün razılaşmamız ola bilər. Bu, ümidverici bir seçim kimi görünsə belə, sizə deməliyəm ki, bu, analitik olaraq işləmir və Allah bizə bir işi görməyə haqq verməyibsə, həmin işi görmək üçün bir müqavilə bağlamağımız əxlaqi cəhətdən qeyri-məqbuldur. Bilirsinizmi, əgər Allah mənə nikahda olmadığım bir şəxslə cinsi münasibətlərə girməməyi deyirsə, mənim gedib kiməsə “Gəl bir-birimizlə cinsi münasibətdə olmaq üçün müqavilə bağlayaq” deməyim uyğun deyil. Bunu başa düşürsünüzmü? Əgər Allah sizə nəyisə etməyə izin vermirsə, siz: “Problem deyil, çünki bunu etmək üçün razılığa gəlmişik!” deyə bilməzsiniz. Allah deyəcək: “Siz ikiniz də əxlaqsız bir şey etmək üçün razılığa gəlmisiniz!” Beləliklə, qarşılıqlı müdafiə müqaviləsinə malik olmaq fikrinin əslində xeyri yoxdur. Bunun xeyri yoxdur, çünki biz bir millət olaraq zamin ola və başqa adamların azadlıq və təhlükəsizliyinə zəmanət verə bilmərik; biz bunu edə bilmərik.
Amma digər tərəfdən, əgər müdafiəyə ehtiyacı olan adamlar hərbi əməliyyatlarda iştirak etmək istəsələr və onları müdafiə edən millətin hissəsi olmaq istəsələr, onda vəziyyət tamamilə dəyişmiş olardı. Yəni, əgər yer üzərindəki daha zəif millət desəydi ki: “İndi biz ABŞ-a tabe olacağıq və ABŞ vətəndaşı olacağıq, bütün amerikalıların ödədiyi vergini ödəyəcəyik və bütün amerikalıların əməl etdikləri və tabe olduqları Konstitusiyaya tabe olacağıq – əgər onlar ABŞ modelini istifadə edərlərsə, İttifaqın başqa bir ştatı olarlarsa – onda bu, Allahın bağlamağa izin vermədiyi daha bir müvəqqəti ittifaq və ya razılaşma olmazdı, əksinə, bu dinc, qanuniləşdirilmiş, qanuni bir müraciət və bir xalqın könüllü razılığı (hərbi istila deyil) yolu ilə millətin genişlənməsi olardı. Həmin millətin genişlənməsi ilə də bu adamları müdafiə etmək öhdəliyi və əlbəttə ki, onların özlərini və İttifaqın digər ştatlarını qorumaq öhdəliyi ortaya çıxır.
Dayanın və bu haqda düşünün – məgər bu, Amerika birləşmiş ştatlarının [dövlətlərinin] əsas konsepsiyası deyilmi? Bilirəm ki, bunu başa düşməkdən ötrü biz ölkəmizin federalizm dövrünə qayıtmalı və bu mövqeyə çatmaq üçün bu millətin qurucu ideallarının nə olduğunu xatırlamalıyıq. Başlanğıcda, qarşılıqlı müdafiə də daxil olmaqla müəyyən ortaq xassələri olan ayrı-ayrı dövlətlərdən ibarət bir konfederasiya idik. Amma biz həmçinin dövlətlərə [ştatlara] öz fərdi işlərini görməyə azadlıq verdik. Getdikcə bu fərdiliyi görə bilmədiyimiz günə yaxınlaşsaq da, həqiqət budur ki, Ohayoda yaşayanlar, ən azı iki konstitusiya altında yaşayırlar: Birləşmiş Ştatların Konstitusiyası və Ohayo Ştanının Konstitusiyası. Ohayo ştatının Konstitusiyası Kaliforniya ştatının Konstitusiyası ilə eyni deyil. Mən hansının daha yaxşı olduğunu təhlil etməyəcəyəm – yəqin ki, onların hər ikisi də çox pisdir! Amma əsas məsələ bundan ibarətdir ki, hər ikimiz eyni dövlətin hissəsi ola bilər və eyni zamanda öz yerli xüsusiyyətlərimizə və yerli konstitusiyamıza malik ola bilərik.
Bir tarix tələbəsi olaraq inanıram ki, Birləşmiş Ştatların müxtəlif məzhəb fərqliliklərinə malik olan müxtəlif ştatların olmasını xəyal etdiyi bir gün olub: Roma Katolik bir ştatı, yaxud Baptist ştatı və ya Presviteriyan ştatı və sair. İndi biz artıq bu çərçivədən çıxmışıq və hesab edirik ki, ştatlar bir məzhəbə digərindən daha çox hörmət etməməlidir. İstər doğru, istərsə də yanlış olsun, ilkin olaraq Birləşmiş Ştatların yerli fərqliliklərə malik olduğu (fərqli Konstitusiyalar) və bununla belə, hər kəsin qarşılıqlı müdafiəsini nəzərdə tutan ümumi federal Konstitusiya altında beynəlxalq sülhə necə nail olmaq haqda mükəmməl bir anlayış olduğuna inanmıram.
Fərz edək ki, Birləşmiş Ştatlar Allah tərəfindən xeyir-dua almış və inkişaf etdirilmişdir və nəinki çox yüksək həyat tərzinə malikdir (başqa ölkələri cəlb edən), amma həmçinin həmin yüksək həyat tərzini qorumaq üçün hərbi güc və texnologiyaları yetişdirmişdir. Sizin fikrinizcə, başqa ölkələr ABŞ haqqında nə düşünəcəklər? Onlar ya paxıllıq və nifrət edəcəklər, ya da deyəcəklər: “Kaşki bizdə də elə olardı!” Əgər biz onlara çiçəklənməyimiz və xeyir-duamızın mənbəyi haqqında öyrətmək üçün bu ölkələrə missionerləri göndəririksə, əgər bu adamlar dünya və həyata baxışlarında bizimlə eyni fikirdədirlərsə, onda onların gəlib: “Biz də Birləşmiş Ştatların bir ştatı olmaq istərdik” deməsinə nə mane olardı? Mən daha onu Amerika Birləşmiş Ştatları adlandırmayacağam (bu, yalnız modeldir), çünki bütün dünyaya sülhün ABŞ-dan gəldiyini düşünməyinizi istəmirəm. Düşündüyüm dünya sülhünün yolu, məsihçi federasiyası olduğu zaman mövcuddur, məhz Amerika Birləşmiş Ştatlarının olması vacib deyil. Amma eyni şəkildə, özlərini qoruya bilməyənlər bir daimi konstitusiya öhdəliklərinə tabe olaraq daha böyük təşkilatdan müdafiə alacaqlar. Yəni bu sadəcə, razılıq müqaviləsi bağlamaq deyil, amma bir xalq olaraq vətəndaşlıq andı verməkdir. Müqəddəs Kitab bizə Allahın xalqı olaraq, Allaha inanmayan xalqlarla əhd kəsərək bir ittifaqda olmamağımızı deyir. Bu barədə bizə Çıxış 23:32 və digər yerlər deyir.
Birincisi, biz bundan dərs götürməliyik ki, Müjdəyə düşmən olan xalqa kömək edə bilmərik. Bir xalq, indi Səudiyyə Ərəbistanında gördüyümüz kimi: “Biz sizin gəlməyinizi, öz pullarınızı xərcləməyinizi, mülkünüzü sərf etməyinizi və bizim müdafiəmiz üçün öz qan tökməyinizi və bizim bölgəmizdə ədaləti yaratmağınızı istəyirik, amma sizin dininizi istəmirik və hətta onun burada həyata keçirilməsini və azad şəkildə eşidilməsini istəmirik” deyirsə, onda biz xeyr deməliyik! Biz sülhün mənbəyi olan Müjdə olmadan sülh bəhrəsi ilə gəlmirik! Müjdənin azad şəkildə vəz olunmadığı və ona qarşı siyasi müqavimət göstərilən yerdə bu cür ittifaqa daxil ola bilmərik. Bu, açıq şəkildə göstərir ki, missionerlər dünya üçün sülh yolunu hazırlamalıdırlar, çünki xalqların ittifaqına malik olmazdan əvvəl, biz ortaq bir etik qaydaya sahib olmalı və daha dəqiq desək, Allahın vəhyi və Müjdənin vəzi vasitəsilə gələn ümumi dünyagörüşünü paylaşmalıyıq.
Məzlum xalqlara necə kömək edə biləcəyimiz haqda daha bir məqam qəyd edim. Gəlin Allahın xalqı olaraq yadda saxlayaq ki, hətta indi İraq məsələsində olduğu kimi, mübarizə apardığımız düşmənimiz təcavüzkar ölkənin rəhbərliyidir. Qəlbləri və canları ilə ölkə rəhbərinin onun kimi eyni qeyri-əxlaqi yolu tutan və bunu təşviq edən yerli vətəndaşların istisna olmaqla, bizim düşmənimiz həmin rəhbərin daxili vətəndaşları deyil. Millətlərə qarşı mübarizə aparmalı olduğumuz bir çox hallarda, (lazım gəldiyində müdafiə üsulu ilə), o xalqın adamları da bu müharibənin qurbanı olanlar qədər bu siyasi rəhbərliyin qurbanı olurlar. Əgər bunu xatırlamasaq, biz insanlara, məsələn, allahsız rus rəhbərliyinə nifrət etmək əvəzinə Rusiya xalqına nifrət etmək kimi çox sadə, millətçi və bəzən irqçi bir anlayışa sahib olacağıq. Burada çox böyük bir fərq var!
Biz məzlum xalqlara necə kömək edə bilərik? Biz daha zəif olan ölkələrə necə hərbi yardım edə bilərik? Biz bunu onların sülh və qayda-qanun naminə Konstitusiyaya – və mən bunun Məsihçi sənədi olmasını istərdim – öz xalqımızın öhdəliklərinə tabe olmaq və bunu etməklə onların hərbi müdafiəsini də özündə ehtiva edəcək imtiyazlardan istifadə etmək üçün əhd bağlamaqla edə bilərik.
Allahın Padşahlığının həyatın bütün sahələrinə və dünyanın hər yerinə yayılması
Beşincisi, gəlin bizim dünyada sülhə dair baxışımızın siyasi hiylələr ilə deyil, Allahın Padşahlığı ilə əlaqəli olduğunu xatırlayaq. Bu, bir çox Yenidənqurmaçıların bizə dedikləri kimi, dövrümüzün ən böyük küfrlərindən biridir və düşünürəm ki, siyasi hakimiyyətin bütün insanların probleminin əsas həlli olacağı mövzusunda onlar haqlıdırlar. Beynəlxalq sülhün, sadəcə, qeyd etdiyim kimi, xalqların məsihçi ittifaqı kimi bir vasitənin köməkliyi ilə qurulacağını gözləmirəm. Mən siyasi həll yolları deyil, siyasətdən kənarda, ailə xaricində və imanlı cəmiyyətindən kənarda, azad bazar xaricində, Allahın Padşahlığına baxıram.
Allahın xalqı olaraq bizim məqsədimiz həyatın bütün sahələrində və dünyanın hər yerində Allahın Padşahlığını qurmaq olmalıdır. Xilas olmaq və bu Padşahlığın bir hissəsi olmağımız üçün Allahın lütfünü yaşamağımız lazımdır. Bu Padşahlığın Padşahı olan Sülh Şahzadəsinə tabe olmağı və hər şeydən əvvəl Onun salehliyinə can atmağı öyrənməliyik. Biz həmçinin ailələrimizdə, imanlı cəmiyyətlərimizdə və dövlətlərimizdə də sülh və qanuni itaəti tətbiq etməyi öyrənməliyik. Və həyatın bütün sahələrində tətbiq olunan Allahın Padşahlığının görüntüsünün eyni zamanda dünyanın hər bölgəsinə yayılıb tətbiq olunduğunu görməliyik. Bizə müvəffəqiyyət gətirəcək yolun bu yol olduğunu düşünürəm. Bu yol, pasifistin haqlı olaraq istədiyini, sülhə və xalqlar arasında sülhə nail olmaq üçün gücdən daha çox haqqa müraciəti icra edəcəkdir. Bizə Birləşmiş Millətlər Təşkilatına Müqəddəs Kitaba əsaslanan əvəzedici verən və bizi vətənpərvərlikdən uzaqlaşdıraraq padhaşların Padşahına və rəblərin Rəbbinə ehtiram etməyə Onun qarşısında diz çökməyə gətirən məhz bu yoldur.
V. Müvəffəqiyyətin Müqəddəs Kitab zəmanəti
Yeşaya 2-də Rəbbin evi olan dağın dağların zirvəsində və təpələrdən yuxarıda qurulacağını və bütün xalqların ona tərəf axın edəcəyi günün yaxınlaşdığını oxuyuruq – bu, nə Amerika Birləşmiş Ştatları, nə də Birləşmiş Millətlər Təşkilatıdır. Bu “Rəbbin evi olan dağ” – bütün dünyəvi qurumların üzərində ucalan və hal-hazırda bütün xalqların ona tərəf axın etdiyi İsa Məsihin İmanlı Cəmiyyətidir. “Çox xalqlar gəlib deyəcək: “Gəlin Rəbbin dağına,Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yollarını öyrətsin, biz Onun rizləri ilə gedək”. Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq” (Yeşaya 2:3).
Və İsa Məsihin İmanlı Cəmiyyətinin bütün xalqların axın etdiyi beynəlxalq bir Padşaglıq olduğuna görə öz işini yerinə yetirərkən, bu, Millətləri Allaha hazırlayacaq və Allahın qanununu öyrədəcək və Allahı necə razı salmağı onlara göstərəcək. Belə edərək, 4-cü ayə deyir: “Millətlər arasında Rəbb hakim olacaq, çox xalqlar haqqında qərar çıxaracaq”. Həmin gün gəldikdə – beynəlxalq teokratiya adlandırdığım, Xilaskar İsa Məsih qarşısında diz çökmə olduqda – o gün qılınclarından kotan, nizələrindən dəryazlar düzəldəcəklər, çünki həmin gün bizə müharibəyə ehtiyac olmadığını göstərən ədalətli müharibə nəzəriyyəsini qəbul edəcəklər; o gün mübahisələrini həll etmək üçün ortaq bir qanuna malik olacaqlar; o gün müharibə yollarını deyil, sülh yollarını öyrənmiş olacaqlar. “Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək”. Amin.
Auditoriyanın sualları və cavabları
Sual №1: Allahın qanunu bir çox İslah edilmiş imanlı cəmiyyətlərində belə, qəbul edilmədiyindən və məsihçiliyin böyük bir hissəsi dispensasiya[2]Dispensasionalizm – (ingilis dilində dispensation — paylanma, dövr) Məsihçilikdə Allahın Vəhyinin bəşəriyyətin Allahla xüsusi razılaşdırılmış münasibətlərinin aid edildiyi … Continue reading yönümlü olduğundan Cənubi Kaliforniya Məsihçi Araşdırmalar Mərkəzində səylərinizi vacibliyinə görə necə müəyyənləşdirirsiniz? Bu məsələlərlə məşğul olmaq üçün mütəxəssis olmayan şəxsə nə məsləhət verərdiniz?
Dr. Bahnsen: Əlbəttə, reklam etmək və mütəxəssis olmayanlara Cənubi Kaliforniyadakı Məsihçi Araşdırmalar Mərkəzini dəstəkləməyi təklif etdiyimi söyləmək çox asan olardı. Ona görə, mən bunu etməyəcəyəm. Hal-hazırda və keçmişdə etdiyimiz işdə biz məsihçi apologetikası[3]Apologetika – (Yun. ἀπολογία, “müdafiə məqsədilə danışmaq”) sistematik arqumentasiya və müzakirə vasitəsilə dini təriqətləri müdafiə edən dini intizam. ümumiyyətlə məsihçi etikası və xüsusilə də ictimai-siyasi etika üçün qaynaqlar, eləcə də, postmillennializm, teonomik[4]Teonomiya – teos (allah) və nomos (qanun) sözündən götürülərək, cəmiyyətin ilahi qanun tərəfindən idarə edildiyi ehtimal olunan Məsihçi təlimidir. etika və s. kimi fərqli xüsusiyyətlər daxil olmaqla tamamilə həyata islah edilmiş bir dünyagörüşü baxımından Müqəddəs Kitab təfsirini yaratdıq. Bu, bir nəfərin edə bilməsi üçün çoxdur, lakin elm sahəsində belə İsa Məsihin səlahiyyətinə xor baxan bir dünyada məsihçi imanını müdafiə edəcəyimizə ümid edirik. Təəssüf ki, Məsihin adını çəkən adamların çoxu (və həqiqi imanlı olduqlarına inandığım şəxslər), buna baxmayaraq, yaxşı bir elmi iş görmür və buna görə də, Məsihin işinə məzəmmət gətirirlər.
Beləliklə, biz həqiqətən düşünürük ki, məsihçi apologetikası ümumi bir quruluş olaraq etibarlı bir yanaşmaya malik olduğumuzu göstərmək üçün çox vacibdir və bu quruluş daxilində yalnız Uestminster İman Etirafında olan İslahat olunmuş imanın Allahın bütün tövsiyələrini kifayət qədər ümumiləşdirdiyinə inandığımız üçün belə bir ilahiyyatı təbliğ etmək istəyirik. Buraya bu seqmentdə təqdim etdiyim postmillenializm növü daxildir.
İmanlı cəmiyyəti Allahın bütün tövsiyələrindən uzaqlaşdıqda, bu artıq elmibir məsələ deyil; bu, imanlı cəmiyyətinin həyatında insanların necə yaşadıqlarına, düşündüklərinə və hiss etdiklərinə və bir-birləri ilə necə davrandıqlarına təsir göstərir. Beləliklə, bizim işimiz yalnız apologetika deyil, həmçinin sistematik teologiya (ilahiyyat) üzərində bir çox sayda yazılı layihələrimin olduğu İslah edilmiş dəyərləri təbliğ etməkdir. Müqəddəs Yazıların etikasının zəmanəmizin problemlərinə necə tətbiq olunduğunu xüsusilə nəzərdən keçirəcəyik. Bax bu səbəbdən burada, Akronda olduğu kimi, müasir hadisə haqqında bəhs etmək üçün getdiyim zaman mövzuları daha geniş Müqəddəs Kitab nöqteyi-nəzərindən nəzərdən keçirməyə çalışıram. Özümü tərifləmək olmasın, amma güman edirəm ki, gələnlərin demək olar hamısı gözləmədiklərini eşidiblər. Müqəddəs Kitaba baxanda, görürük ki o, Respublikaçıların sadə cavablarını, Demokratların sadə cavablarını və ya Libertarianlıq sadə cavablarını vermir. Müqəddəs Kitabda bütün bunların öhdəsindən gəlmək və bir mənada “hamının xətrinə dəymək”, eləcə də, bizim ən yaxşı intuisiyalarımızda bizi ruhlandırmaq üsulu var. Beləliklə, sağlam ilahiyyat əsaslarına malik olan məşhur məsihçi araşdırmalarının müasir problemlərə tətbiq olunmasının vacib olduğunu hesab edirik.
Bundan əlavə, bizim təlim mərkəzində etdiklərimiz Allahın bizə verdiyi imkanlar tərəfindən idarə olunur. Əgər naşir mənə yazır və deyirsə ki: “Mən müəyyən bir mövzuda kitab istəyirəm” və mənim yazılarım da adətən başqa bir mövzudadırsa, mən başa düşürəm ki, Allahın ilahi müdaxiləsi altında, əgər ailəmi yedizdirməliyəmsə, onda yaranan bu fürsətdən istifadə etməliyəm. Beləliklə, bu mənada bizim fikrimizi nəyə cəmləməyimizi bazar da müəyyən edir. Mən daha çox səyahət etdikcə və danışdıqca, Rəbbin Cəmiyyətində olan insanların, Allahın xalqının nəyi almaq istədiklərini daha yaxşı başa düşməyə ümid edirəm. Bu, həmişə diqqətimi yönəltmək istədiyim şey deyil; bəzən müəyyən sahələrdə işləmək istəyirəm, amma əslində başqa bir şeyə ehtiyac var. Bu mənada prioritetlərimizi müəyyənləşdirən bazar tələbinə uyğun vəziyyətdir.
Deməli onda, mütəxəssis olmayan adam nə etməlidir? Əlbəttə, dünya sülhünə aparan beş addımda sizə bu seqmentdə verdiklərimi etməlidir. Allahın insanlara başqalarının malik olmadığı müəyyən yüklər verdiyini düşünürəm – başqalarının sahib olmadığı müəyyən prioritetlər. Missionerlik sahəsinə deyil, bir məsihçi elminin xidmətinə çağırılmışdım. İndi gəlin özümüzə sual verək: “Hansı daha vacibdir?” və belə bir axmaq sual vermişkən, gəlin buna cavab verərək deyək: “Bunların heç biri ən vacib olan deyil!” Onların ikisi də lazımdır! Əgər iş yerinə yetiriləcəksə, bizim Padşahlıqda çalışan hər cür adama ehtiyacımız var: əllər və ayaqlar, burunlar və gözlər və birlikdə ahəng içində çalışan bədənin bütün hissələri.
Beləliklə, mütəxəssis olmayan adamlar da müxtəlif xidmətlərə öz maliyyəsi və vaxtları ilə dəstək verməyə çağırılacaqlar; hər kəs beynəlxalq missiyalara çağırılmayıb. Bəzi insanlar tədris mərkəzlərini, yaxud da, imanlı cəmiyyətin daxili işlərini, gənclər proqramlarını və s. dəstəkləmək üçün çağırılıb. Bunlardan hansının sizin və ya bir başqası üçün daha vacib olduğunu bilirmişim kimi davranmağa çalışmaq, öz-özümə xidmət etmək kimi olardı. Lakin, bu gün güclü bir Müqəddəs Kitaba əsaslanan şəhadətinə ehtiyacımız var. Belə bir şahidliyə sadəcə burada daxili cəbhədə müdafiədə deyil, lakin dediyim kimi, eyni zamanda missionerlər göndərərkən ehtiyacımız var. Bizim daha güclü imanlı cəmiyyətinə və daha güclü İslahat məzhəbinə ehtiyacımız var (istər bu məzhəbdə, istər başqa bir məzhəbdə olsun). İmanlı cəmiyyəti çox pis bir dövr yaşayır. Ölkəmizdəki ilahiyat təhsil mərkəzlərinin dəyişdirilməsinə ehtiyacımız var, çünki məsihçi cəmiyyətlərini idarə edən kimi bir dispensasionalizm növünə qədər öyrədilərsə, Allahın cavabları olmadığına görə günümüzün problemləri ilə məşğul olmaqda daha çox çətinlik çəkəcəyik!
Beləliklə mən bütün bu toru dolaşdırmışamsa, nəyi dolaşdırmışam? Sizin sualınıza cavab verib vermədiyimdən əmin deyiləm. Məncə məsələ sizin maraqlarınızın harada olması, Allahın sizə verdiyi imkanlar və ürəyinizə qoyduğu yüklə bağlı olmasındadır. Mən deyərdim ki, hamınız – daha doğrusu, əgər siz həqiqətən bütün dünyada sülhə inanırsınızsa və sizin siyasi partiyanızın bu və ya başqa bir şeyi dəstəklədiyini eşitməyə gəlmədinizsə – onda Allahın Padşahlığının dünyada genişlənməsi üçün hamınız nə isə etməlisiniz. Görürsünüz, pastor və müəllim olmağa çağırılanlar bütün bunlara daşıya bilməzlər; biz Məsihin bədənini qurmaq və təchiz etmək üçün buradayıq. Biz Məsihin bədəninin yerini tutmuruq. Beləliklə, əgər sizə qeyd etdiyim bu müxtəlif yollarla Allahın Padşahlığını inkişaf etdirmək öhdəliyini öz üzərinizə götürmürsünüzsə, onda aydındır ki, bu, bizim nəslimiz üçün faydasız bir tapşırıqdır.
Sual №2: Elə görünür ki, siz Birlərşmiş Millətlər Təşkilatını tənqid etdiniz və bunun Allahın qanunlarına əsaslanmadığı üçün yersiz olduğunu söylədiniz, amma digər tərəfdən, siz Birləşmiş Millətlər Təşkilatına bənzər bir şeyə gətirib çıxaran bir şey təklif etdiniz, yalnız düzgün səlahiyyət strukturu ilə və s.
Dr. Bahnsen: Mən deyərdim ki, siz mesajı düz eşitmisiniz. İnanmıram ki, biz BMT-nin hal-hazırki quruluşuna gedə bilər və orada sadəcə kosmetik dəyişikliklər edə bilərik və hər şey qaydasında olacaqdır. Əvvəla, BMT sadəcə məsləhət orqanı ola bilməz. BMT lazım gəldikdə öz qərarlarını icra etmək üçün daimi ordusu olan müvafiq tərzdə qurulmuş bir səlahiyyət sahibi olmalıdır və xalqlar mənəvi baxımdan onun qərarlarında iştirak etmək məcburiyyətində olmalı və onun qərarlarına riayət etmələri üçün könüllü şəkildə “islah olunmuş Birləşmiş Millətlər Təşkilatı”nın konstitusiyasına tabe olmalıdırlar. Sözsüz ki, dünya miqyasında haqqında danışdığım sülhün bərqərar olması uzun illər çəkəcəkdir. Kifayət qədər qısa olan bu ömrümdə bunu görməyə heç bir ümidim yoxdur. Amma daha sonra, xalqların xalqlara kömək etdiyi yerə gəlib çatanda, bu hakimiyyətin ortaq konstitusiya formasını almalı olacaq. Və əgər belə davam edərsə, axırda daha çox BMT-yə çox oxşayacaq. Lakin bunun təməlində Allahın Qanunu olacaq və Allahın xalqının ürəyi bunda olacaq, çünki Uqanda, İraq və s. ölkələrdəki insanlar mənimlə və mənim həmvətənlərimlə ortaq bir dini təməli paylaşacaqlar və buna görə də biz bu qanunauyğunluğa tabe olub əməkdaşlıq edə bilərik.
Sual №3: Esxatologiyanın nə vaxtsa bir pravoslav standartı olduğunu düşünmürəm, amma hansısa mənada sizin esxatologiyanız bu əsrdə sizin hansı istiqamətdə gedəcəyinizi müəyyən etməlidir. Bunun öhdəsindən necə gəlməliyik? İmanlı cəmiyyətinin daha yaxşı bir görüntüsünə malik ola bilmək üçün daha dəqiq bir cavab əldə etməkdə təkid etməliyikmi, yoxsa Rəbbin insanların düşüncələrini dəyişəcəyinə ümid edərək bundan uzaq durmalıyıq?
Dr. Bahnsen: Məsələ bundadır ki, əgər esxatologiya imanlı cəmiyyətində pravoslavlığın standartı olmasaydı, bu məsələdə israrlı olmaqdan yayınmalıyıqmı, yoxsa bu hissədə nəzərdən keçirdiyimiz məqsədlərə nail olmaq üçün əhəmiyyətlidir?
Birincisi, hesab edirəm ki, mənim tərəfimdən təqdim edilən mənəvi qaydaya bütün esxatoloji mövqelərin adamları tərəfindən riayət olunmalıdır, çünki, bütün məsihçilər üçün mənəvi standart Allahın qanunu kimi qəbul edilməlidir. Əgər bu da bu ölkənin adamları üçün standartdırsa, onda bu, Almaniyada, Fransada və Argentinada da olan adamlar üçün standart olmalıdır. Əgər bu standarta riayət etmək istəyiriksə, biz müəyyən məsələlərdə əməkdaşlıq etmək istəyəcəyik və əgər bir-birimizi qorumaq mövqeyinə qədər əməkdaşlıq etmək istəyiriksə, onda ortaq konstitusiyaya tabe olmalıyıq və bu konstitusiya Allahın qanunu ilə nizamlanmalıdır. Beləliklə, esxatoloji məsələni tamamilə kənara qoymaq olar və Müqəddəs Kitabın dediyi kimi, hamımızın can atmalı olduğumuz ideal mənəvi qayda hələ də bizdə qala bilər.
Amma mən inanıram ki, bizi yaradan və nəyə ehtiyacımızın olduğunu bilən Allahın sadəcə bir gün qəzetlərin deyəcəkləri ilə qane olmağımız üçün bizə esxatoloji görüntü (Müqəddəs Kitabda çox ətraflı olduğuna inanıram) verməyib. İnanıram ki, Yeşayadan bu parçaları oxuyarkən ürəklərimiz sevincdən titrəməli və bizi bu reallığın ardınca getməyə şövq etməlidir. Çünki, Rəbdəki əməyimin nahaq yerə olmadığına əminəm. İsa ölülərdən dirildi və O, Öz xalqını ölülərdən dirildəcək və Allahın ədalət və salehliyini təcəssüm etdirən dirilmə hökmü olacaq və həmin günədək, son düşmən, ölüm dirilmə günündə məğlub edilənədək, hər bir düşməni ayaqları altına qoyaraq onu fəth edəcək. O vaxta qədər isə səylərimi qiymətləndirəcəyinə və bütün bunları həyata keçirəcəyinə ümid edərək çalışacağam. Beləliklə, Allah bizə bunu verir – və hətta bunu düşünəndə belə həyəcanlanıram – Allah bizi oturacaqlarımızı[5]Kilsədəki oturacaqlar nəzərdə tutulur. tərk etməyə və rahatlığımızdan çıxmağa və yalnız Allahın Padşahlığını görmək üçün bizi konkret bir şey etməyə təşviq edən bir xəbər verdi.
Beləliklə, biz “təkan verməliyikmi?” Bəli. Düşünürəm ki, əgər biz bunun üzərində təkan verməsək, onda nəticə etibarilə o baş verəcək ki, dispensasionalistlərə bənzər insanlar gəlib Allahın xalqını Müqəddəs Kitaba tamamilə aidiyyəti olmayan bu İsrail-pərəstişkarlığı ilə çaşdıracaq və bizə Yaxın Şərq və Allahın oradakı planları haqqında və buna görə də orada nə etməli olduğumuz barədə həqiqətən qəribə fikirlər verəcək. Əgər biz bunun üzərində təkan verməsək, buna tabe olacağıq. Və elə baş verən də bu deyildimi? Dispensasionalistlər meydanı ələ keçiriblər və onları meydandan çıxarmalıyıq; onların yanlış olduğunu göstərməliyik. Bu o deməkdir ki, bu pravoslavlığın standartı olmalıdır? Bəli, elədir. Amma bu, pravoslavlığın standartı olduğu və ya indi onun standartına çevrilməli olduğu demək deyil.
İmanlı cəmiyyətin tarixində, onun doktrinal böyüməsinə nəzər saldığımızda, predestinarian xilas teologiyası pravoslavlığın standartına çevrilməsi səhv olardı. Axır-əvvəl, əvəzetmə kəffarəsi ilə bağlı suallara çox vaxt ilk atalarımız tərəfindən yanlış davranılmışdı. Beləliklə, biz təlimdə inkişaf görürük və bu inkişafın Reformasiyada başa çatdığını düşünmürəm. Lakin indiyə qədər gördüyümüz ən yüksək məqamın bu olduğunu və Uestminster İman Etirafının mənim üçün çox dəyərli olduğunu və bunun imanlı cəmiyyətlərində tətbiq edilməli olduğunu düşünürəm.
Amma bir postmillenialist olaraq UİE–ni daha da inkişaf etdirəcəyimiz günün gələcəyini düşünürəm. Bu, orada olanı təkzib etmək mənasına gəlməyə bilər, amma məncə biz mütləq buna əlavə edəcəyik. Və həmin gündə, nəhayət, postmillenial esxatologiyaya malik olacağımızı düşünürəm. Amma imanlı cəmiyyətində heç kimsənin, sanki mənim presviterliyimdə bu xüsusda namizədləri araşdırmağa çalışdığımızdan narahat olmasını istəmirəm; bizim günümüzdə və dövrümüzdə bu, pravoslavlığın standartı deyil. Amma bu, bir neçə nəsillər boyu vəz edildikdə, öyrədildikdə və dərk edildikdə düşünürəm ki, insanlar deyəcəklər: “Əgər siz bu baxışın tərəfdarı deyilsinizsə, bu Müqəddəs Kitaba uyğun deyil”. Allahın xalqı əhəmiyyətli ölçüdə bunu belə görəndə, onda bu, pravoslavlığın standartı olacaqdır. Beləliklə, bəli, bir pravoslavlıq standartı olmasa belə, indi onu təkan verin və mənim şəxsi fikrim budur ki, bundan illər sonra bir gün bir pravoslavlıq standartına çevriləcəkdir.
Sual № 4: Mülki hakimlərin öz vəzifələri barədə məlumatlandırılması nöqteyi-nəzərindən məzhəblərin məsuliyyəti nə olmalıdır?
Dr. Bahnsen: Düşünürəm ki, bütün həyat və bütün insanlar üçün Allahın bütün iradəsini vəz etmək imanlı cəmiyyətinin vəzifəsidir. Buna görə də, inanıram ki, bu imanlı cəmiyyətinin işidir – hansısa məqamda onu bir hobbiyə çevirmək deyil – Padşahın Qanununu, Allahın Kəlamını bəyan etməyə hazırlaşan bir imanlı cəmiyyəti, mülki hakimə də vəz etməli olacaq. Nəticə etibarı ilə, Amerikadakı Presviterian Cəmiyyəti və Ortodoks Presviterian Cəmiyyəti və digər Reformasiya olunmuş məzhəblərin kafedraları üçün – əslində, hər hansı bir məsihçi məzhəbi üçün – peyğəmbərlik bəyanları və güc sahiblərinə: “Allah sizə bax bunu deyərdi; Allahın Kəlamı bu vacib məsələlərdə bax bunu öyrədir” demək məqsədilə istifadə olunacaq kafedra üçün yer var. İstər abort, istər homoseksualizm, istərsə də Yaxın Şərqdəki müharibə ilə əlaqəli bəyanatlar üçün istifadə olunan kafedra üçün yer var. Məsihçi bir pastorun bir şəkildə onu hobbi və ya vəzinin dayağı kimi istifadə etməsindən narahat olardım, çünki yadda saxlayın ki, o, Allahın xalqına xidmət etməyə çağırılıb, Allahın xalqının isə siyasi varlıqlardan daha çox olduğunu xatırlayın; onların həyat öhdəliklərini və məsuliyyətlərini tam həcmdə əhatə etməliyik. Lakin düşünürəm ki, insanın ictimai-siyasi məsələləri barədə Allahın Kəlamını bəyan etməkdən çəkinən imanlı cəmiyyəti çox güman ki – məhz o anda və orada olmasa da, əvvəl axır – hər hansı bir şeyi bəyan etməkdən çəkinən bir imanlı cəmiyyətidir. O, insanların özlərini yaxşı hiss etmək üçün bir yerə toplaşdıqları, əslində ictimai bir klub olan bir imanlı cəmiyyəti olacaq. Buna görə imanlı cəmiyyətinin fəal bir rol oynamasını görmək istəyirəm.
Digər tərəfdən, düşünürəm ki, bu məmurlar bu vəzi eşitməli, onu nəzərə almalı, Allahın Kəlamı ilə müqayisə etməli və bunun doğru və ya səhv olub-olmadığına dair öz şəxsi məlumatlı məsihçi mülahizələrini verməlidirlər. Mən inanmıram ki, imanlı cəmiyyəti vəz edəndə, hətta Allahın Kəlamından gələn bir siyasi mövzu belə olsa, siyasətçilər də avtomatik olaraq baş əyməli və sadəcə, ona itaət etməlidirlər. Onlar bir fərd olaraq Kəlama müraciət etməli və bunun düzgün olub-olmadığına baxmaq məsuliyyəti daşıyırlar. Amma bir gün səsləri, seçicilərin səslərini saymaq və siyasi təşkilatların və lobbiçilərin və təmsilçilərin Palatalarının dəstəyi əvəzinə onlar Senatın və Evin döşəməsində Müqəddəs Kitab ekzegetikası ilə məşğul olarlarsa və biri həqiqətən Müqəddəs Kitabı çıxarıb: “Deməli, mən düşünürəm ki, bizim edəcəyimiz və ya etməyəcəyimizin səbəbi bundan ibarətdir ki, mənim anlayışımda Allahın dediyi budur…” desin. Bu, böyük bir gün olacaq və həmin gün gələndə bu adamlar nəinki imanlı cəmiyyətinin peyğəmbərlik səsini eşidəcəklər, amma həm də düşünürəm ki, onlar gəlib Rəbbin cəmiyyətində oturacaq və deyəcəklər: “Mən bunu eşitmək istəyirəm, mənə kömək edin!”
Sual № 5: Başqa bir xalq digər xalqdan girov götürəndə bir xalqın məsuliyyəti nədir?
Dr. Bahnsen: Məsələn, əgər ABŞ vətəndaşları başqa bir yerdədirlərsə və girov götürülüblərsə, məsələn, İranda və s. onda bizim vəzifəmiz nədən ibarət olacaq? Cari siyasətimizə əsasən, hal-hazırda öz vətəndaşlarımızı müdafiə etməliyik. Beləliklə, girov götürüləndə aydındır ki, biz ilk növbədə sülhü təşviq etməliyik. Biz bu ölkədə həmin adamları azad etməyə çalışaraq və bu məqsədə nail olmaq üçün əgər tələb olunarsa, onların polis qüvvələrindən istifadə edərək hakim hökümətə düzgün və ədalətli olanı etməsi üçün müraciət edərik. Əgər onlar bunu etməkdən imtina edərlərsə, onda onlar oğurluqda əlbir olmaqda təqsirkardırlar və bu anda onlar bizimlə müharibə vəziyyətinə keçid edirlər.
Beləliklə, işlərin hal-hazırki gedişində, girovların ələ keçirilməsi onların azad edilməsi məqsədilə obyektiv məhdud müharibə üçün səbəb olacaq. Amma, əlbəttə, əvvəl dediyim kimi, müvəffəqiyyət ehtimalını da nəzərə almaq lazımdır. İranda olduğu kimi, daxil olub bu girovların kifayət qədərini xilas edə bilməyəcəyimiz təqdirdə, səyimiz boş və hədər olacaqdır – yəni, siz bunu necə bir cəngavər olmağınız haqda siyasi bəyanat etmək, amma sonra isə bütün girovları və onlarla bərabər digər bir sıra adamları da itirmək üçün etmirsiniz. Ona görə də, siz bütün bu şeyləri götür-qoy etməlisiniz; bunun çox da sadə bir cavabı yoxdur.
Amma yekunda bunu da əlavə edim ki, bu cavab hal-hazırdakı vəziyyətə əsaslanır və ehtimal edirəm ki, ABŞ-dan olan adamlar başqa ölkələrə və xalqlara səyahət edəndə və orada işləyəndə ABŞ hökumətinin onlara: “Biz sizi müdafiə edə və bunu etmək üçün öz üzərimizə məsuliyyət götürə bilmərik” deməsi yəqin ki, ədalətli və doğrudur. Siz işləmək üçün İraqa, İrana, Argentinaya gedəndə, həmin ölkənin qanunu və müdafiəsi altında olursunuz və əgər bu qanunlar və müdafiə sizə qeyri-qənaətbəxş görünürsə, onda qoy belə olsun; bu oraya getmək və ya getməmək üçün hesabladığınızın dəyərin bir hissəsidir.
İnsanlara “bütün dünyada bizim vətəndaşımız kimi sizi müdafiə etməyəcəyik” demək haqqında daha çox düşünməyimizin səbəbi odur ki, əgər biz buna bağlı olsaq, əgər istər işləmək, istərsə də, tətil üçün başqa yerlərə səyahət edən hər bir ABŞ vətəndaşı üçün qoruma zəmanəti olsaq, onda doğrudan da biz hər yerə müharibə ehtimalını göndərmiş oluruq. Deyəcəyimiz odur ki, müəyyən mənada, ən azından öz xalqımız üçün beynəlxalq polisə çevrilirik. Sadəcə vətəndaşlarımızın hər yerə səyahət edə bilməsi faktına əsaslanaraq Allahın bizə hər yerdə yurisdiksiya (mühakimə hüququ) verdiyini düşünmək həqiqəti şişirtmək deməkdir. Amma bu, daha sonra düşünmək üçündür; bu mövzuda yanıla bilərəm, lakin məncə bunun üzərində düşünməyə dəyər.
Əvvəlki fəsilər: I. Müharibələrin mənbəyi, II. Müharibələrin aparılması
[Ingilis versiyası mp3: https://www.cmfnow.com/mp3/ethics – “A Christian View of War”]
3-cü Dərs üzrə suallar
- Allahın tarixdə edəcəyini planlaşdırması haqda səhv baxışlar səhv etik perspektivlərə necə yol açır?
- Müqəddəs Kitab yer üzərindəki müharibə və sülhə aid münasibətə malik olan tarixin gedişatı haqqında nə peyğəmbərlik edir?
- “Yalançı məsihçilik” altında nə nəzərdə tutulur?
- Birləşmiş Ştatların hərbi müdaxilələrinin faciəvi və faydasız olduğu necə göstərildi (məsələn, Vyetnam, Küveyt)?
- Ədalətli və ya yaxşı bir məqsədə nail olmaq üçün istənilən vasitəyə əl atmağın nə üçün əsassız olduğunu izah edin.
- Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri tərəfindən edilən (fərdi və ya kollektiv olaraq) hərbi müdaxilələrə haqq qazandırmaq üçün mənəvi səlahiyyətinin nə üçün olmadığını izah edin.
- ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının qərarlarına cavabının nə üçün qeyri-səmimi olduğu deyilir?
- Çoxluq hökm sürməlidir? Bu çoxluğun həmişə etik cəhətdən haqlı olduğu deməkdirmi?
- Birləşmiş Millətlərin standartı və məqsədi Məsihçiliyə necə ziddir?
- Məsihçilər pasifizm səhvinə kəskin surətdə necə reaksiya verirlər?
- Məsihçi üçün sülhün vacibliyi, əhəmiyyətli və kamilliyi haqqında bir Müqəddəs Kitab nümunəsi gətirin.
- Sülhə doğru yolda hansı beş addım vardır?
- Bu dünyada sülhün qurulmasında yeganə ümid nədir? (Xilasın bəhrəsinə, xilas mənbəyindən kənarda nail olmaq olarmı?)
- Uzunmüddətli sülh strategiyası xüsusunda necə olur ki, missionerlər ordudan daha vacibdirlər?
- Məcazi mənada desək, imanlılar bugün müqəddəs müharibədə necə iştirak edirlər? Müqəddəs Yazıdan əsas gətirin.
- Məsihçilərin beynəlxalq hüquq standartı haqqında baxışı nədir?
- Əgər bütün millətlər yalnız ədalətli müharibə aparılması siyasətini qəbul etsəydilər bu təsiri necə olardı?
- Beynəlmiləlçilikdən imtina xarici siyasətdə ciddi izolyasionizmin təqdir edilməsinə səbəb olurmu? İzah edin.
- Müvəqqəti “müqavilələrdə” başqa xalq naminə müharibəni başlamaq haqda mənəvi cəhətdən qəbul edilməyən məqam nədir?
- Daha zəif bir millət daha güclü millət tərəfindən kömək və müdafiəsini necə təmin edə bilər? Orijinal “birləşmiş Ştatlar” modeli bizə burada yolu necə göstərir?
- Məsihçi xalqlar, Müjdəyə düşmən olan millətlərə hərbi yardım göstərməlidirmi? Müqəddəs Yazılar cavab verməkdə necə kömək edə bilər?
- Biz təcavüzkar bir xalqa (onun vətəndaşlarına) qarşı düşmən münasibətində olmalıyıqmı? Nə üçün olmalıyıq, yaxud da nə üçün olmamalıyıq?
- “Siyasət bütün dünyada sülhün həlli deyil”. Bunun nə üçün belə olduğunu və Məsihçilik tərəfindən bunu nəyin əvəz etdiyini izah edin.
- Allahın Padşahlığı genişləndikcə müharibələrin qurtaracağına dair vədin Müqəddəs Kitab tərəfindən dəstəklənən hissəsini təqdim edin.
Əlavə mülahizə və müzakirə üçün
- Bencamin Franklinin “heç bir vaxt yaxşı müharibə və ya pis sülh olmayıb” ifadəsində nəyin düzgün və nəyin səhv olduğunu qiymətləndirin.
- Millətlərin yalançı məsihçi iddiaları necə əks etdirə bildiyinə (və etdirdiyinə) dair bir neçə nümunə gətirin. BMT, Məsihin padşahlığının və məqsədlərinin necə dünyəvi bir saxta bənzətməsi olur?
- Məsihçi bir millətin höküməti, onun azad bazar qarşısında ümumi öhdəliyini nəzərə alaraq sənaye və biznesə öz yurisdiksiyası hüdudlarında onun mənəvi və dini baxışlarını bölüşməyən ölkələrə, hərbi texnologiya və avadanlıqlarını satmağa icazə verməlidirmi? Ehtimal olunan düşmənlərə satmağa icazə verməlidirmi?
- Məsihçi müjdəçiliyi və yad ölkələrdə mərhəmət işləri, dünyadakı müharibələrin sayının azalmasına dair siyasi məqsədə necə təsir edir?
- Duayt D. Eyzenhauer (Dwight D. Eisenhower) bir dəfə demişdi: “İnsanlar sizə qarşısı alına bilinən bir müharibə haqqında danışanda, onlara gedib onunla döyüşmələrini deyirsiniz. Öz təcrübəmdən sonra müharibəyə nifrət etməyə başladım. Müharibə heç bir şeyi həll etmir”. Məsihçi bu hisslərlə hansı şəkildə həmfikirdir?
- “İmtiyazlar və müdafiə öhdəliklərlə əlaqəlidir”. Başqasının müdafiəsi altında olmağı arzu edən millət hansı öhdəlikləri daşımalıdır? İlahiyyat razılığı hansı dərəcədə olmalıdır?
- Müqəddəs Yazılar peyğəmbərlik edir ki, xalqlar öz qılınclarından kotan düzəldəcəklər (Yeşaya 2:4). Məsihçilər hansı üsualla və hansı vəziyyətlərdə hərbi tərksilaha can atmalıdırlar?
ƏLAVƏ ƏDƏBİYYAT
Növbəti siyahı müntəzəm deyil, seçimə əsaslanır. Hər seçimdə dəyər var – istər məlumat vermə, provokasiya, çağırış, yaxud rəhbərlik olsun, amma mən, təbii olaraq, onda olanların hamısını dəstəkləmirəm.
Beynton, Roland H. Sülh və Müharibəyə Məsihçi Münasibəti: Tarixi İcmal və Tənqidi Yenidən Qiymətləndirmə.
Bainton, Roland H. Christian Attitudes Toward War and Peace: A Historical Survey and Critical Re-evaluation (Abingdon Press, 1960).
Bennet, Con C., (redaktor). Nüvə Silahlar və Vicdan İxtilafı (Scribners, 1962).
Bennet, John C., ed. Nuclear Weapons and the Conflict of Conscience (Scribners, 1962).
Boettner, Loreyn. Müharibəyə Aid Məsihçi Münasibəti (Um. B. Eerdmans, 1942).
Boettner, Loraine. The Christian Attitude Toward War, rev. ed. (Wm. B. Eerdmans, 1942).
Klaus, Robert G., (redaktor). Müharibə: Dörd Məsihçi Baxışı (İnter Varsity Press, 1981).
Clouse, Robert G., ed. War: Four Christian Views (InterVarsity Press, 1981).
Kreyqi, Piter K. Əhdi-Ətiqdə Müharibə Problemi (Um. B. Eerdmans, 1978).
Craigie, Peter C. The Problem of War in the Old Testament (Wm. B. Eerdmans, 1978).
Drinan, Robert F. Vyetnam və Har-Magedon: Dinc, Müharibə və Məsihçi Vicdanı (Şid and Uord, 1970).
Drinan, Robert F. Vietnam and Armageddon: Peace, War, and the Christian Conscience (Sheed and Ward, 1970).
Eller, Vernard. Müharibə və Sülh: Yaradılışdan Vəhyə Qədər (Herald Press, 1980).
Eller, Vernard. War and Peace: From Genesis to Revelation (Herald Press, 1980).
Finn, B.A., (redaktor). Sadiqliklərin Münaqişəsi: Seçici Vicdani İmtina üçün Mülahizə (Peqasus, 1969).
Finn, B. A., ed. Conflict of Loyalties: The Case for Selective Conscientious Objection (Pegasus, 1969).
Forsit, P.T. Müharibənin Məsihçi Etikası (Longmans, Green və Co., 1916).
Forsyth, P. T. The Christian Ethic of War (Longmans, Green, and Co., 1916).
Qrin, Uilyam. “Müharibənin Məsihçi Təlimi” və “Müharibə Özlüyündə Nə Qətiyyən Doğrudur və Nə də ki, Tamamilə Yanlışdır” Prinston İlahiyyat Xülasəsi, cild 16 (1918-ci il, yanvar və oktyabr).
Greene, William. “The Christian Doctrine of War,” & “War Neither Absolutely Right nor Absolutely Wrong in Itself” in Princeton Theological Review, vol. 16 (Jan. & Oct., 1918).
Holmes, Artur F., (redaktor). Müharibə və Məsihçi Etikası (Baker Book House, 1975).
Holmes, Arthur F., ed. War and Christian Ethics (Baker Book House, 1975).
Lyuis, K.S. “Mən Nə üçün Pasifist Deyiləm”, “Şöhrətin Çəkisi” kitabında, (Makmillan, 1980).
Lewis, C. S. “Why I am Not a Pacifist,” in The Weight of Glory, rev. ed. (Macmillan, 1980).
MakQreqor, G. H. C. Pasifizmin Əhdi-Cədid Əsasları və İmkansız İdealın Aktuallığı (Yoldaşlıq Nəşrlər, 1960).
MacGregor, G. H. C. The New Testament Basis of Pacifism and the Relevance of an Impossible Ideal (Fellowship Publications, 1960).
MkSorley, Riçard. Sülhpərvərliyin Əhdi-Cədid Əsasları (Sülh Araşdırmaları Mərkəzi, Corctaun Universiteti, 1979).
McSorley, Richard. New Testament Basis of Peacemaking (Center for Peace Studies, Georgetown University, 1979).
Morey, Robert A. Döyüşmək Nə vaxt Doğrudur? (Bethany House Nəşriyyatı, 1985).
Morey, Robert A. When Is It Right to Fight? (Bethany House Publishers, 1985).
Mürrey, Con. “Allah və Müharibə”, və “Məsihçi Dünya İntizamı” Con Myürreyin əsərlərinin məcmuəsində, cild 1 (Həqiqət Bayrağı, 1976).
Murray, John. “God and the War,” and “The Christian World Order” in Collected Writings of John Murray, vol. 1 (Banner of Truth, 1976).
Novak, Maykl. Nüvə Dövründə Mənəvi Aydınlıq (Tomas Nelson Nəşriyyatı, 1983).
Novak, Michael. Moral Clarity in the Nuclear Age (Thomas Nelson Publishers, 1983).
Ramzi, Paul. Ədalətli Müharibə: Güc və Siyasi Məsuliyyət (Scribner, 1968).
Ramsey, Paul. The Just War: Force and Political Responsibility (Scribner, 1968).
Sider, Ronald və Teylor, Riçard K. Nüvə Holokostu və Məsihçi Ümidi (İnterVarsity Press, 1982).
Sider, Ronald & Taylor, Richard K. Nuclear Holocaust and Christian Hope (InterVarsity Press, 1982).
Vaqner, Rocer. “Vyetman: Milli Məsihçiliyə Dair Müqəddəs Kitab Düşüncələri” Antithesis-də, cild 1. (Yan/Fev, 1990).
Wagner, Roger. “Vietnam: Biblical Reflections on National Messianism” in Antithesis, vol. 1, no. 1 (Jan/Feb, 1990).
Qreq L. Bahnsen, Fəlsəfə doktoru (1948-1995), bir zamanlar “ateistlərin ən çox qorxduğu” adam kimi təsvir edilirdi. O, görkəmli alim, müəllif, və Məsihçiliyin müdafiəçisi kimi, Məsihçiliyin və İncil qanunlarının müdafiəsinə dair çoxlu yazılar yazmış və müzahirələr vermişdir.
Qeyd
↑1 | bazuka – Tank əleyhinə silah. |
---|---|
↑2 | Dispensasionalizm – (ingilis dilində dispensation — paylanma, dövr) Məsihçilikdə Allahın Vəhyinin bəşəriyyətin Allahla xüsusi razılaşdırılmış münasibətlərinin aid edildiyi dövrlərə bölündüyünü və həmin dövrlərin də ardıcıl olaraq ayırd edildiyi tarixi bir proses kimi şərh olunan teoloji fikirlərin ümumiliyini nəzərdə tutur. |
↑3 | Apologetika – (Yun. ἀπολογία, “müdafiə məqsədilə danışmaq”) sistematik arqumentasiya və müzakirə vasitəsilə dini təriqətləri müdafiə edən dini intizam. |
↑4 | Teonomiya – teos (allah) və nomos (qanun) sözündən götürülərək, cəmiyyətin ilahi qanun tərəfindən idarə edildiyi ehtimal olunan Məsihçi təlimidir. |
↑5 | Kilsədəki oturacaqlar nəzərdə tutulur. |